Weather Data Source: havadurumuuzun.com

“Amma hələ heç nə bitməyib”

Türkiyə millisinin baş məşqçisi Montella Macarıstan yığması ilə oyundan sonra bu fikirləri ifadə edib:

“İstədiyimiz hesabla qalib gəldik. Amma hələ heç nə bitməyib. Bu gün iki gənc futbolçumuz millidə rəsmi debüt etdi. Deniz Gül və Oğuz Aydın üstün bacarıqlarını göstərdilər. Həqiqətən də onları oynada bilmək çox vacibdir. Qarşıda bir neçə günümüz var. Arda Güler isə xüsusi bir futbolçudur. Qarşıdakı günlərdə onunla bağlı qərar verəcəyik”.

 

“Meydanda əsl döyüş yaşandı. Çox yüksək səviyyədə fiziki mübarizə apardıq. Macarıstan millisinin necə yaxşı komanda olduğunu hamımız gördük. Ona görə də cavab matçına köklənməliyik. Qapıya daha az zərbə endirdik, amma daha çox qol vurduq. Bu, məni çox sevindirir. Futbolçularımı təbrik edirəm. Azarkeşlərimizin qarşısında oynayanda çox xoşbəxt oluram. Həmişə bizə dəstək olurlar. İndi düşündüyüm yeganə şey bazar günü keçirəcəyimiz cavab oyunudur. Çox kiçik üstünlük əldə etmişik. Cavab matçında da qalib gəlməliyik. Bu oyuna ən yüksək səviyyədə hazırlaşacağıq”.

Qeyd edək ki, görüş Türkiyə heyətinin 3:1 üstünlüyü ilə bitib.

Top