Ağdaş Sosial-Iqtisadi Xəbərlər

Ağdaş, 27 fevral (AZƏRTAC). Ağdaş Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, rayonda ötən il 185 milyon manatlıq ümumi məhsul, 6 milyon 129 min manatlıq sənaye məhsulu, 97 milyon 525 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur.
Rayonda aparılan tikinti-quruculuq işlərinin məbləği 39,2 milyon manata, orta aylıq əməkhaqqı 241 manata, əhalinin pul gəlirləri isə 176,6 milyon manata çatmışdır. Həmçinin 2010-cu ildə 740-ı daimi olmaqla 1617 iş yeri açılmışdır. Rayonda ticarət xidməti 16,3 faiz artaraq 38 milyon 239 min manat, pərakəndə əmtəə dövriyyəsi 7,2 faiz artaraq 122 milyon 954 min manat, əhaliyə göstərilən pullu xidmətlərin məbləği 18,1 faiz artaraq 13 milyon 214 min manat olmuşdur.