Sosial İqtisadi Xəbərlər Ağstafada

Ağstafanın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə iki milyon manat məbləğində vəsait ayrılmışdır
Bakı, 9 iyul (AZƏRTAC). İyulun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Ağstafa şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Ağstafa Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan iki milyon manat məbləğində vəsait ayrılmışdır.