Weather Data Source: havadurumuuzun.com

Abşeron Iqtisadi Xəbərlər

ABŞERON RAYONUNDA ÖTƏN İLİN SOSİAL-İQTİSADİ İNKİŞAFININ YEKUNLARI MÜZAKİRƏ OLUNMUŞDUR

Xırdalan, 19 fevral (AZƏRTAC). Fevralın 18-də Xırdalan mədəniyyət sarayında Abşeron Rayonu İcra Hakimiyyətinin başçısı yanında Şuranın geniş iclası keçirilmişdir. İclasda 2008-ci ilin sosial-iqtisadi inkişafına yekun vurulmuş və 2009-cu ilin vəzifələri müəyyən edilmişdir.

Tədbir iştirakçıları mədəniyyət sarayının foyesində açılmış sərgidə rayonun iri müəssisələrinin məhsullarının nümunələri ilə tanış olmuşlar. “Azbentonit”, “Avropa qapıları”, “Həsənoğlu”, “Mətanət-A”, “Abşeron zeytun” səhmdar cəmiyyətlərinin və digər müəssisələrin məhsulları xüsusi maraq doğurmuşdur.

Top