Sumqayıt İqtisadi Xəbərlər

Sumqayıt şəhərinin 2024-cü ilin yanvar-sentyabr aylarına aid sosial-iqtisadi göstəriciləri açıqlanıb.
APA xəbər verir ki, bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev məlumat verib.
“2024-cü ilin ilk doqquz ayında Sumqayıt şəhərində iqtisadiyyatın müxtəlif sahələrində nəzərəçarpacaq inkişaf müşahidə olunub. Bu dövr ərzində ümumi məhsul və xidmətlərin həcmi 3 milyard 547 milyon 371,8 min manata çatıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz artım deməkdir. İqtisadiyyatda istehsal sektorunun ümumi məhsul buraxılışında xüsusi çəkisi 84,8 faiz, xidmət sektorunun payı isə 15,2 faiz təşkil edib”.