Weather Data Source: havadurumuuzun.com

Dosent Fərqanə Zülfüqarovanı Beynəlxalq Sülh Liderlərinin İnsitutuna üzv seçilib

Dosent Fərqanə Zülfüqarovanı Beynəlxalq Sülh Liderlərinin İnsitutuna üzv seçilməsi münasibəti ilə səmimi qəlbdın təbrik edir, ona möhkəm can sağlığı və bütün fəaliyyətində bol-bol uğurlar arzulayırıq.

Dosent Fərqanə Zülfüqarovanın 30 yanvar 2025-ci il Bakı konfransındakı çıxışı:

Hörmətli xanımlar və cənablar!

Hər bir kəsi salamlayıram. Biz bugün nəcibliyin, bəşəriyyətin indi həmişəkindən daha çox ehtiyac duyduğu ən böyük insani dəyərlərdən biri olan Dünya Sülhünü müzakirə etmək üçün toplaşmışıq.Çünki, məsələ yalnız müharibələrin, münaqişələrin ziddiyyətlərin qarşısını almaq deyil, həm də təhlükəsizliyin, sevginin, ədalətin hökm sürdüyü bir dünya qurmaqdır.

Dəyərli qonaqlar,
Bizim Sülh və dostluğa ehtiyacımız var. Unutmamlıyıq ki, vicdan və layaqət, mərhəmət və xoş niyyət, ədalət, qarşılıqlı hörmət, mənəvi dəyərlər uca Tanrının insana verdiyi ən ali, ən gözəl xüsusiyyətlərdir. Rəng, din, irq fərqlərimizə baxmayaraq bizi birləşdirən qüvvə sülhdür.Əsasən insanlığa, insaniliyə səy göstərməliyik…
Bu yüksək tribunadan çıxış edərək qeyd edim ki, biz hər birimiz zamanın, Ulu Tanrının sınağındayıq, qarşılıqlı anlaşılmaya və mənəvi dəyərlərin uca tutulmasına ehtiyac duyuruq. Biz gələcək fəaliyyətimizdə əsasən mənəvi dəyərləri üstün tutmalı, Azərbaycanın müstəqilliyinin qorunması, ölkəmizin hərtərəfli inkişafı üçün tam gücümüzlə çalışmalıyıq.Sülhə nail olmaq üçün hamımız, fərqimizdən asılı olmayaraq, dünya sülhünə nail olmaq üçün, birləşməliyik.
Qürurla qeyd edə bilərik ki, sülhün təmsilçiləri ən ali insani dəyərləri əks etirən əbədiyaşar prezidentimiz ümummilli liderimiz Heydər Əliyev və onun layiqli davamçısı, dünya şöhrətli rəhbər cənab İlham Əliyevin fəaliyyəti bütün dünya rəhbərlərinə, xalqlarına örnəkdir.

Xatırlamalıyıq ki, sülh zəiflik deyil, ədalətin bərpası, ümid və gerçəklik toxumlarını səpən həqiqi gücdür.Sülhün təmsilçisi olmaq, əziyyət çəkən insanları dəstəkləmək üçün sülh elçiləri olaq..Qeyd edim ki, bu konfransın təşkilinə gorə Beynəlxalq Sülh İnsitutunun Rəhbərlərinə, dərin təşəkkürümü bildirirəm.

30 Yanvar, 2025

Top