Weather Data Source: havadurumuuzun.com

Qobustan İqtisadi Xəbərlər

Qobustan, 24 fevral (AZƏRTAC). 2010-cu ildə Qobustan rayonunda əvvəlki ildəkindən 19 faiz çox ümumi məhsul buraxılmışdır. Əhalinin orta aylıq əmək haqqı 24 faiz artmışdır. 27417 ton taxıl, 1058 ton kartof, 931 ton tərəvəz, 605 ton bostan məhsulları, 1165 ton meyvə və 500 ton üzüm istehsal olunmuşdur. Hazırda rayonda toxumluq taxıl istehsalı ilə məşğul olan bir elmi idarə, bir dövlət təsərrüfatı, 11 özəl təsərrüfat fəaliyyət göstərir. 2010-cu ildə toxum istehsalçılarına 117 min manat subsidiya verilmişdir.

Top