Weather Data Source: havadurumuuzun.com

ŞƏRƏFLİ MÜƏLLİM ÖMRÜ

ŞƏRƏFLİ MÜƏLLİM ÖMRÜ
Müəllim öz ziyası, nuru ilə   bütün cəmiyyətə işıq saçandır. Müəllim mənən pak, böyük ürəyə sahib olandır.  Müəllim olmaq bir üstünlükdür, hamı müəllim sözünə, müəllim peşəsinə böyük hörmətlə yanaşır.   Müəllimlər dünyada ən uzunömürlü peşələrin başında durur, müəllimlər digər peşə sahiblərindən daha çox yaşayır, cəmiyyətdə hörmətlə xatırlanırlar.Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Kamillik və Dahiliyi özündə ehtiva  edən  müəllim ömrü insanı müdrükləşdirir, onu yaddaşlarda yaşadır.Belə müəllimlər sırasında  Hənifə müəllimə də var.

      Hənifə müəllimə 1979 -cü ildə Gəncə Dövlət Pedaqoji  Unversitetinin ibtidai təhsil fakültəsini   birib. Pedaqoji fəaliyyətinə  Gəncə  şəhərində başlayıb. 1990-cı ildən 271 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir.Əmək fəaliyyətinin 50  illiyini  döğma kolletivi ilə birlikdə qeyd etməyə hazırlaşır. Əzizəliyeva Hənifə Mirzəli qızının cox maraqlı həyat yolu var. Marqlıdır ömrü boyu yol gedirık. Yolun uğurlu olması iki amillə bağlıdır. Qarşına qoyduğun məqsəd, kiminlə, yaxud kimlərə gedəcəksən bu yolu. İlk növbədə səni başa düsən, düz yola istiqamətləndirən, daim sənə dəstək olan İnsanlarla istənilən yolu rahat getmək, uğur əldə etmək mümkündü. Fəaliyyətinə nəzər salmaq istəyəndə onun insanlığa xas olan ən vacib xüsusiyyətlərini sadalamaq istəyirik: mübariz, əməksevər, vicdanlı, xeyirxah, fədakar, bu günü ilə şükr edib sabahını dualar içində açan insan! İnsani dəyərlər həyatımızın bütün sahələrini tənzimləməklə bizim üçün müəyyən mənada yazılmamış qanunlar, əxlaq kodeksi rolunu oynayır. Həyatsa mübarizədir…Onun uğurları, bu illər ərzində cəmiyyətimiz müxtəlif sahələrində uğurla çalışan  dərs dediyi, əldə qələm tutmağı, möhkəm addım atmağı öyrətdiyi şagirdləridir.

 Sağlam düşüncə, xeyrhaqq xislət, məram, məqsəd, əməl və xidmət onun həyat fəaliyyətinin əsas göstəricisidir Hənifə müəllimənin. İnsan yaşadıqca həyatdan gözləntiləri, arzuları da yenilənir, istəkləri bitib tükənmir. Amma hər kəsin ürəyində bir ümdə arzusu olur! Hər dəfə ötən günləri yada salanda xatirələri… Yaşa dolduqca həmin xatirələr daha da şirinləşir, doğmalaşır insan üçün. Elə bir insan yoxdur ki, uşaqlıq, gənclik illərini xatırlamasın, şirin xəyallarının qanadlarında dolanmasın. Təhsilə göstərilən xidmət təqdirəlayiqdir.Hər bir xalqın, məmləkətin taleyində təhsil mühüm əhəmiyyət kəsb edir. O, cəmiyyətin irəliyə getməsi üçün bir mayakdır, işıqdır. Təhsilsiz xalq heç vaxt öz sərvətinin, dövlətinin sahibi ola bilməz. Cəmiyyətin, xalqın və dövlətin inkişafında təhsilin rolu danılmazdır: gənc nəslin müasir tələblər zəminində təhsillənməsi, gənclərin bilik və intellektual səviyyəsinin yüksəlməsi, onların gələcəkdə kamil mütəxəssis və ləyaqətli vətəndaşlar kimi yetişməsi  müəllim əməyinin  nəticəsində mümkündür. Hənifə müəllimənin fəaliyyətinə nəzər salanda öz peşəsinə layiqincə yerinə yetirən, müəllimə obrazını görürük. Sadə, mehriban, qətiyyətli,  İnsana, Vətənə sevgisi zəngin  bir şəxsiyyətdir Hənifə müəllimə!  Rastına çıxan xeyirhaqq xislətli insanlar sənin mükafatındır. İnsanın niyyəti, xisləti, inamı, etiqatı onu ən yaxşı keyfiyyət göstəricisidir.   İnsan yaşadıqca həyatdan gözləntiləri, arzuları da yenilənir, istəkləri bitib tükənmir. Əziz Hənifə müəllimə sizi əmək fəaliyyətiniz 50 illiyi münasibəti ilə təhsil ictimaiyyəti adından təbrik edirik.Can sağliğı ,bərəkətli ömür arzulayırıq.

Müəllif: Zülfiyyə VƏLİYEVA,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Respublikanın Əməkdar müəllimi

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Top