Weather Data Source: havadurumuuzun.com

Təranə Dəmirin yeni kitabı işıq üzü görüb

Tanınmış qələm adamı Təranə Dəmirin sayca doqquzuncu kitabı işıq üzü görüb. Özünün xüsusi ənənələri olan “Maarif” nəşriyyatında nəfis şəkildə tərtib olunaraq, nəşr olunmuş kitabın redaktoru Qulu Ağsəsdir.

Qısa arayış: Təranə Dəmir – Dəmirova Təranə Ağaqardaş qızı – 1970-ci il dekabrın 16-da Sabirabad rayonunun Kolanı kəndində anadan olub.
Kolanı kənd orta məktəbini medalla bitirib.
1988-1993-cü illərdə BDU-nun jurnalistika fakültəsində təhsil alıb.
AYB-nin və AJB-nin üzvüdür. 9 kitab müəllifidir.
Şeirləri lap gənc yaşlarından dərc olunur.
Dəfələrlə AzTv-nin müxtəlif proqramlarında qonaq olub.
İndi də müxtəlif mətbu orqanlarda dərc olunur.
Ailəlidir, iki övladı var.

Əlamətdar hadisə barədə sevincini Təranə xanım sosial şəbəkə hesabından: Təranə Dəmir – “Qulu Ağsəsin redaktorluğu ilə “Sərhədsiz sərhədlər ” işıq üzü gördü. “Maarif” nəşriyyatına və əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirirəm.” – məzmunlu paylaşım edərək, öz izləyicilərilə bölüşüb.

YAZARLAR” olaraq, TƏRANƏ xanımı təbrik edir, qarışdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!


TƏRANƏ DƏMİRİN YAZILARI

Məlumatı hazırladı: Günnur Ağayeva

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Top