Weather Data Source: havadurumuuzun.com

Goranboyda, “Növbəti stansiya Gənclik” layihəsi əsasında tədbir keçirilib

Goranboy Rayon İcra Hakimiyyətinin və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi və Goranboy-Naftalan rayonları üzrə təhsil sektoru və Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə Goranboy şəhəri 1 nömrəli tam orta məktəbdə “Növbəti stansiya Gənclik” layihəsi əsasında tədbir keçirilib.

Zefernews.az xəbər verir ki,

Layihənin əsas məqsədi gənclərin bacarıqlarının gücləndirilməsi, cəmiyyətdə aktiv vətəndaşlığının təmin olunması, gələcək karyera seçimlərinin və məqsədlərinin müəyyən olunması, gənclərlə iş sahəsində təşəbbüslərin artmasına töhfə vermək olub.

Layihədə 100 gənc iştirak edib.

Top