Weather Data Source: havadurumuuzun.com

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə və Türkiyə Cümhuriyyətinin qurucularından biri olan Atatürkü Anma, Gənclik və İdman Günü münasibətilə tədbir keçirilib

Zəfərnews.az xəbər verir ki,Mayın 19-da Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə və Türkiyə Cümhuriyyətinin qurucularından biri olan Atatürkü Anma, Gənclik və İdman Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, liseyin şəxsi heyəti, “Zəfər Yolu” Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Abdullayeva Pərvanə Salmanqızı  və əməkdaşları, müəllimlər, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Ulu Öndərlər Heydər Əliyevin, Mustafa Kamal Atatürkün, eləcə də Azərbaycanın müstəqilliyi, Türkiyə Cümhuriyyətinin ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının himni və Türkiyə Milli marşı səsləndirilib.

Tədbirdə çıxış edənlər millətini zamanın sərt sınaqlarından böyük məharətlə çıxaran Ümummilli Lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün şərəfli və mənalı ömür yollarından, çoxşaxəli fəaliyyətlərindən, ölkəmizin və Türkiyə Cümhuriyyətinin qüdrətlənməsindən, iki öndərin dünya siyasətinə verdiyi töhfələrdən danışıblar.

Sonra incəsənət xadimlərinin ifasında vətənpərvərliyi tərənnüm edən mahnılar səsləndirilib, rəqs ansamblının iştirakı ilə milli rəqsləri alqışlarla qarşılanıb.

Sonda tədbirin təşkilatçılarından olan Elza Seyidcahana  “Heydər Əliyev İli” çərçivəsində keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirakına görə fəxri fərmanla mükafatlandırılıb, xatirə şəkli çəkdirilib.

Zəfərnews.az

Aygün Məmmədova

Top