Şəhid Leytenant Vüqar Telman oğlu Nəcəfov, Şəhid Novruz Yavər oğlu Nəcəfov, Şəhid Azərin Qəhrəman qızı Nəcəfovanın əziz xatirəsini əbədiləşdirmək üçün Bulağın açılışı oldu

Zəfərnews.az xəbər verir ki,28.04.2023 ildə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Şəhidlərimizin – Şəhid Leytenant Vüqar Telman oğlu Nəcəfov, Şəhid Novruz Yavər oğlu Nəcəfov, Şəhid Azərin Qəhrəman qızı Nəcəfovanın əziz xatirəsini əbədiləşdirmək üçün Bulağın açılışı oldu . Bədii hissədə Vüqar Nəcəfovun , Novruz Nəcəfov,Azərin Nəcəfovanın döyüş yolundan, onların həyatından nə qədər qəhrəman həyat yollarından söhbət apardılar . Daha sonra Qarabağ müahiribəsindən, son olaraq isə aprel hadisələrində ordumuzun şücaətindən söhbətlər açılıb. Qarabağ uğrunda döyüşlərdə iştirak edən qazilər ordumuzdan şəhid zabitlərlə bağlı xatirələrindən bəhs ediblər.Tədbirdə “Zəfər Yolu”
Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək İctimai Birliyinin sədri Pərvanə xanım Salman qızı başda olmaqla bütün əməkdaşları Şəhid Anaları , Qazilər, Millət vəkilləri, Yasamal Rayonu və Nərmanov Rayon icra nümayəndələri iştirak edirdilər.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin Amin.🇦🇿
Zəfərnews.az
Aygün Məmmədova