ZƏFƏR news.az
Weather Data Source: havadurumuuzun.com
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Sosial
  • Bölgə
  • İdman
  • Mədəniyyət
  • Qarabağ
  • Ədəbiyyat
  • Maqazin
  • Hadisə
  • Texnologiya
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Sosial
  • Bölgə
  • İdman
  • Mədəniyyət
  • Qarabağ
  • Ədəbiyyat
  • Maqazin
  • Hadisə
  • Texnologiya

“MƏNİM QARABAĞIM”

Aslanlar yurdunun şir övladıyam!

SƏLİM BABULLAOĞLU TƏLTİF OLUNUB

23 aprel Dünya Kitab və Müəlliflik Hüququ Günüdür

Bu il əlamətdar gün “Yerli xalqların dilləri” mövzusuna həsr olunub…

 

Zəfərnews.az xəbər verir ki,23 aprel Dünya Kitab və Müəlliflik Hüququ Günüdür (World Book and Copyright Day). UNESCO-nun 1995-ci ildə təsis etdiyi bu günün dünya ədəbiyyatı üçün xüsusi anlamı var.

23 aprel 1616-cı ildə dünya ədəbiyyatının üç tanınmış siması – ingilis şairi və dramaturqu Uilyam Şekspir, ispan yazıçısı Migel de Servantes və Peru yazıçısı İnka Qarsilaso de la Veqa vəfat edib. Əlamətdar gün onların xatirəsinə ehtiram olaraq təsis edilib.

Belə bir günün təsis edilməsi həm də kitablara və müəlliflərə dünya miqyasında ehtiramın göstəricisi, kitabların hər kəsə əlçatan olmasının təşviqidir.

UNESCO ənənəvi olaraq hər il Dünya Kitab və Müəlliflik Hüququ Günü üçün mövzu elan edir. 2023-cü il üçün bu günün mövzusu “Yerli xalqların dilləri” seçilib.

Bununla bağlı təşkilatın yaydığı məlumatda qeyd olunur ki, 2022-ci ildə Yerli Dillərin Beynəlxalq Onilliyi (2022-2032) başlayıb və dil müxtəlifliyini və çoxdilliliyi dəstəkləmək və təşviq etmək BMT-nin prioritetlərindən biridir. Yerli xalqların dillərinin (o cümlədən şifahi ədəbiyyat ənənəsinin) dəstəklənməsi UNESCO-nun “Dünya Kitab Paytaxtı Şəbəkəsi”nin Xartiyasına da daxildir.

Qeyd edək ki, 2023-cü ildə UNESCO Qana Respublikasının (Afrika qitəsi) paytaxtı Akkra şəhərini “Dünya Kitab Paytaxtı” elan edib. Bu il UNESCO Dünya Kitab və Müəlliflik Günündə əsas diqqəti də yerli xalqların dillərinə yönəldəcək.

Məlumatda o da diqqətə çatdırılır ki, hazırda təxminən 7 minə mövcud dildən əksəriyyəti dünyanın mədəni müxtəlifliyinin böyük hissəsini təmsil edən yerli xalqlar tərəfindən danışılır. Bununla yanaşı, yerli dillərin bir çoxu sürətlə yox olmaq üzrədir.

Zəfərnews.az

Aygün Məmmədova 

 

430

Xəbər Lenti

  • “MƏNİM QARABAĞIM”
    “MƏNİM QARABAĞIM”
  • Payızın ilk günü yeni “XƏZAN”la
    Payızın ilk günü yeni “XƏZAN”la
  • MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM
    MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM
  • Aslanlar yurdunun şir övladıyam!
    Aslanlar yurdunun şir övladıyam!
  • SƏLİM BABULLAOĞLU TƏLTİF OLUNUB
    SƏLİM BABULLAOĞLU TƏLTİF OLUNUB
  • ZƏRİFƏ SUFİ MİKAYILOVA -65 Müəllimlik və poeziya İşığında
    ZƏRİFƏ SUFİ MİKAYILOVA -65 Müəllimlik və poeziya İşığında
  • Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb
    Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb
  • Sözü səngərdən başlayan yazıçı
    Sözü səngərdən başlayan yazıçı
  • Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə  erməni revanşist qüvvələrin reaksiyası barədə
    Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə  erməni revanşist qüvvələrin reaksiyası barədə
  • Elçin İsgəndərzadənin doğum gününə
    Elçin İsgəndərzadənin doğum gününə
  • İNSANI GÜCLÜ EDƏN İÇİNDƏKİ PAK VƏ SONSUZ SEVGİDİR!..
    İNSANI GÜCLÜ EDƏN İÇİNDƏKİ PAK VƏ SONSUZ SEVGİDİR!..
  • 35 İL SONRA — ZAMANIN AYIRA BİLMƏDİYİ DOSTLUQ
    35 İL SONRA — ZAMANIN AYIRA BİLMƏDİYİ DOSTLUQ
  • YENİ DƏRS İLİ — YENİ ÜMİDLƏRİN, YENİ BİLİKLƏRİN BAŞLANĞICIDIR
    YENİ DƏRS İLİ — YENİ ÜMİDLƏRİN, YENİ BİLİKLƏRİN BAŞLANĞICIDIR
  • Turan Uğur – Qızılca
    Turan Uğur – Qızılca
  • 15 SENTYABR — BAKININ QURTULUŞU
    15 SENTYABR — BAKININ QURTULUŞU
  • Arzunun izi ilə
    Arzunun izi ilə
  • Polkovnik Azər Rüstəmovun əziz xatirəsinə
    Polkovnik Azər Rüstəmovun əziz xatirəsinə
  • Ömür yollarının illərlə sınanan dostluğu
    Ömür yollarının illərlə sınanan dostluğu
  • Cəlilabadda “Zirvə” antalogiyasının təqdimatı
    Cəlilabadda “Zirvə” antalogiyasının təqdimatı
  • Bu gün Həmdəm Ağayevin anadan olduğu gündür
    Bu gün Həmdəm Ağayevin anadan olduğu gündür
  • Ömrün 65-ci zirvəsində dayanan söz ustadı — Hüseyn İsaoğlu
    Ömrün 65-ci zirvəsində dayanan söz ustadı — Hüseyn İsaoğlu
  • Zaur Ustac – O şeir
    Zaur Ustac – O şeir
  • Bir gəncin həyat hekayəsi: gənc xanəndə Allahverən Pərvizoğlu
    Bir gəncin həyat hekayəsi: gənc xanəndə Allahverən Pərvizoğlu
  • SƏMİMİ SƏTİRLƏR ÇƏLƏNGİ
    SƏMİMİ SƏTİRLƏR ÇƏLƏNGİ

© 2023 ZƏFƏR NEWS.AZ

Ana Səhifə / Haqqımızda

Top