Qarabağ Azərbaycandır!

Zefernews.az -a bildirilib ki,05.04.2023 ildə “Zəfər Yolu”Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Space.tv “Qarabağ Azərbaycandır” lahiyyəsinin rəhbəri dəyərli Nuranə Gülər xanımla birlikdə Neftçala rayonunun Xolqaraqaşlı ,Xolqarabucaq, Dördlər kəndlərinin Şəhid ailələrini ziyarət etdik.İlk önce şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Rayonun çox hörmətli Şəhid valdeynləri, ziyalıları,qaziləri,icra nümayəndələri,bələdiyyəsi, məktəb müəllimləri və şagirdləri ilə görüşüb söhbət apardıq. Şəhidlərimiz haqqında məktəblilərin hazırladıqları şeir kompazisiyaları diqqətimizdən yayınmadı .
Respublikamızın hər yerində olduğu kimi Neftçala rayonunun İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının məsul şəxsləri də şəhid və qaziləri nə yüksək səviyyədə diqqət qayğı göstərirlər. Tədbirdə “Zəfər Yolu” Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək İctimai Birliyinin sədri Abdullayeva Pərvanə Salmanqızı və birliyin təsisçi direktoru İbadova Jalə Mahir qızı, Polkovnik-leytenant Fariz Hüseynov, İlhamə Sarıyeva.Xarı Bülbül tədris mərkəzinin rəhbəri ,Yeni Ümid Xeyriyə Cəmiyyətinin təhiscisi və rəhbəri şəhidlərimizin qazilərimizin döyüşlərdə göstərdikləri şücaətlər haqqında böyük maraqlı çıxışlar ediblər, gələcəkdə şəhid ailələrinin və qazilərimizin unudulmaması üçün əllərindən gələni edəcəklərini bildirdilər. Şəhidlərimizin adına hərə bir ağac əkək kompaniyasına bizdə qoşulduq .
Şəhid ataları :İsmayılov Vidadi , İmanov Gülağa , Məlikov Təhmasib əməyi olan hər bir vətəndaşımıza çox təşəkkür etdiklərini bildiriblər.
Ziyalılar : Abdullayev Salman , Abdullayev Cahangir, Kərimov Oktay ,YAP Neftçala rayon təşkilatının sədri Ülvü Fərzəliyev,
Gündoğar qəzetinin redaktoru Bədirə Niftaliyeva,Xolqarağaşlı məktəbinin direktoru Ruhəngiz Nəcəfova ,Yeganə Nağıyeva,Ruhiyyə Abdullayeva,Südabə Quliyeva,Xolqarabucaq məktəbinin direktoru Natiq Əkbərov,Hacı Əhmədov,Naib Babayev Mətləb Səmədov ,İsmayılov Hüseyn qazi Neftçala rayonunda şəhidlərimiz üçün salınan xiyabanlardan, bulaqlardan, ev muzeylərindən danışdılar.Bir necə məktəb və küçələr şəhidlərimizin adını daşıyır. Qazilərimiz öz çıxışlarında bundan sonrada biz adını dünya diplomatiyasına və hərb tarixinə qızıl hərflərlə yazmış Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşəcəyimizə söz veririk.
Azərbaycan tarixən öz qəhrəmanlarına böyük dəyər verib . Şəhidlər ölmür, onlar, ancaq unudulan zaman ölürlər. Onlar hər zaman ürəyimizdə yaşayacaqlar .Bundan sonra tarixi Qarabağ sən hər zaman azad olaraq yaşayacaqsan ! Belə qəhrəman oğulların olduqdan sonra basılmaz vətənin Azərbaycan!
Zefernews.az