Weather Data Source: havadurumuuzun.com

Azərbaycan Sahibkar Qadınlar” və “Zəfər Yolu” İctimai birliklərinin təşkilatçılığı ilə Uğurlu Gənclərlə görüş keçirilib

Azərbaycan Sahibkar Qadınlar” və “Zəfər Yolu” İctimai birliklərinin təşkilatçılığı ilə Uğurlu Gənclərlə görüş keçirilib

2 fevral – Gənclər Günü münasibətilə “Azərbaycan Sahibkar Qadınlar” (ASQİB) və “Zəfər Yolu” İctimai birliklərinin birgə təşkilatçılığı ilə Uğurlu Gənclərlə görüş baş tutub.

Tədbiri açıq elan edən ASQİB-in sədri Zemfira Ağayeva ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, həyata keçirilən gənclər siyasətindən bəhs edib. O, eyni zamanda iştirakçılarla onların fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi apararaq, gələcək işlərində uğurlar arzulayıb. Daha sonra “Zəfər Yolu” İctimai Birliyinin sədri Pərvanə Abdullayeva çıxış edərək, gənclərin cəmiyyətin inkişafındakı rolu barədə danışıb.

Tədbirdə, həmçinin Qida Təhlükəsizliyi İnstitutunun Xidmətlərin Təşkili Departamentinin baş mütəxəssisi Sona Əliyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Könül Qocayeva, “Vətənim-Azərbaycandır” saytının baş redaktoru və təsisçisi Kamran Orucov çıxış ediblər. Natiqlər gənclərin fəaliyyəti ilə yaxından tanış olub, onların uğurları və gələcək planları ətrafında müzakirələr aparıblar.

 

 

 

 

 

Görüşün sonunda gənclər göstərdikləri fəaliyyətə görə Təşkilatçı Qurumlar tərəfindən “Təbriknamə” ilə təltif ediliblər. Tədbir çay süfrəsi və foto çəkiliş iə yekunlaşıb.
Hazırladı: Mirzazadə Pərviz

Top