Weather Data Source: havadurumuuzun.com

YENİDƏN GÜLÜM

YENİDƏN GÜLÜM

Baxdım gözlərinə
Yenidən gülüm
Zamanı dondurdum
Döndüm geriyə.

Sənli xatirələrə,
Sənli günlərə…
Daldım xəyallara
Yenidən gülüm.

Könlümdə sevgidən
Bir məşəl yandı
Düşüncə yadıma
Yenidən gülüm.

Lalə yaylasın da
Xal yanağında
Başına yaylağı
Örtmüsən gülüm.

Qızlar bulağın da
Səhəng başında
Yarın xəbərini
Almısan gülüm.

Eşqi pərvanə tək
Şam qırağında
Alışıb yanmısan
Həsrətdən gülüm.

31.05.2024
Pərvanə Salmanqızı

Top