Doğum günün mübarək, əziz Sevindik Nəsiboğlu!

Gələcəyin diplomatı, xeyriyyəçi, şair-publisist və jurnalist Sevindik Nəsiboğluna doğum günü təbriki
Bu gün yüksək mənəvi dəyərləri, vətənpərvərliyi, qələm adamına xas məsuliyyəti və xeyirxah əməlləri ilə seçilən mənəvi oğlum, gələcəyin diplomatı, xeyriyyəçi, şair-publisist və jurnalist Sevindik Nəsiboğlunun doğum günüdür.
Əziz Sevindik!
Sən gənc yaşlarından sözün müqəddəsliyini dərk edən, qələmini həqiqətin, ədalətin və milli-mənəvi dəyərlərimizin keşiyində saxlayan ziyalı bir gəncsən. Hər yazında Vətən sevgisi, insanlıq duyğusu və milli ruh yaşayır. Xeyriyyəçilik fəaliyyətin, insanlara göstərdiyin diqqət və qayğı isə qəlbinin zənginliyindən xəbər verir.
İnanıram ki, biliyin, zəhmətin, yüksək əxlaqın və Vətəninə bağlılığın səni gələcəyin uğurlu diplomatlarından birinə çevirəcək, Azərbaycanımızı beynəlxalq aləmdə ləyaqətlə təmsil edəcəksən. Qələmin daim işığa, həqiqətə və xeyirxahlığa xidmət etsin.
Doğum günün mübarək olsun! Uca Allah sənə möhkəm can sağlığı, uzun və mənalı ömür, tükənməz yaradıcılıq ilhamı, elm və peşə həyatında böyük nailiyyətlər nəsib etsin. Hər yeni yaşın sənə daha böyük uğurlar, sevinclər və xoşbəxtlik gətirsin. Yolun daim açıq, taleyin işıqlı, ömrün bərəkətli olsun!
Sənə olan inamımız və sevgimiz sonsuzdur. Uğurlarınla hər zaman ailəni, dostlarını və Azərbaycanı qürurlandırmağını arzulayırıq.
Doğum günün mübarək, əziz Sevindik Nəsiboğlu!

Qazeteçi,şair,araşdırmaçı yazar, AJB üzvü,zefernews.az saytının rəhbəri, Dünya Afşarlar Dərnəyinin Azərbaycan Təmsilçisi.Türkiyənin Anasan Yazarlar Birliyinin,Daqistan Respublikası Ədəbiyyatçılar Birliyinin,Azərbaycan Təmsilçisi,Turan Yazarlar Birliyinin üzvü
Pərvanə Salmanqızı


