Weather Data Source: havadurumuuzun.com

Batı Azərbaycan və Batı Trakya Türklərinin Keçmişi, Gələcəyi və Ortaq Taleyi

Batı Azərbaycan və Batı Trakya Türklərinin Keçmişi, Gələcəyi və Ortaq Taleyi

Batı Azərbaycan və Batı Trakya Türkləri tarixin müxtəlif dövrlərində imperialist işğallara, məcburi köçlərə və onları vətənlərindən qoparmağa yönəlmiş assimilyasiya siyasətinə məruz qalan iki qədim türk icmasıdır. Oxşar əzabları və vətən sevgisini bölüşən bu iki icmanın türk dünyasının mədəni yaddaşında dərin izlər buraxmışdır.
Batı Azərbaycan və Batı Trakya anlayışları coğrafi baxımdan fərqli bölgələri ifadə etsə də, onların tarixində müəyyən ortaq cəhətlər və oxşar tale motivləri görünür. Hər iki bölgə türk-müsəlman əhalisinin əsrlərlə yaşadığı, lakin XX əsrdə siyasi dəyişikliklər, müharibələr və köç prosesləri nəticəsində demoqrafik və siyasi baxımdan böyük dəyişikliklərə məruz qalmış ərazilər kimi təqdim olunur.
Batı Azərbaycan (tarixi torpaqlarımız, indiki Ermənistan ərazisi) və Batı Trakya (indiki Yunanıstanın şimal-şərqi) coğrafi baxımdan bir-birindən uzaq görünə bilər. Lakin tarixin dərindən araşdırılması göstərir ki, bu iki bölgənin yerli türk-müsəlman əhalisinin taleyi, çəkdikləri ağrılar və məruz qaldıqları deportasiya siyasəti bir-birinə heyrətamiz dərəcədə bənzəyir.
1. Ortaq Keçmiş
Bu iki fərqli coğrafiyanı birləşdirən ortaq keçmişi və acı taleyi bir neçə əsas xətt üzrə qruplaşdırmaq olar.
Dövlət Siyasəti Səviyyəsində Etnik Təmizləmə və Deportasiyalar.
Hər iki bölgənin yerli türk əhalisi eyni məqsədə xidmət edən etnik təmizləmə dalğaları ilə üzləşmişdir:
– Batı Azərbaycan – 19-cu əsrin əvvəllərindən (Türkmənçay müqaviləsindən) başlayaraq Çar Rusiyasının, daha sonra isə Sovet İttifaqının və Ermənistanın bölgənin demoqrafik göstəricilərini dəyişdirmək cəhdləri ilə üzləşmişdir. 1918-1920, 1948-1953 və nəhayət 1987-1991-ci illərdə azərbaycan türkləri öz doğma yurdlarından soyqırım və qətillərə məruz qalaraq tamamilə qovuldular. Bu, mərhələli və planlı bir etnik təmizləmə siyasəti idi.
– Batı Trakya – 1912-1913-cü illər Balkan müharibələrindən sonra bölgə yunanların nəzarətinə keçdikcə yerli türk əhalisi sıxışdırılmağa başlandı. 1923-cü il Lozan müqaviləsi ilə Qərbi Trakya türkləri mübadilədən (mübadilə xaricində) saxlanılsa da, rəsmi Afinanın assimilyasiya və köçürmə siyasəti nəticəsində on minlərlə türk bölgəni tərk etmək məcburiyyətində qaldı.
2. Ortaq Tale. Milli Kimlik və Mübarizə
Fiziki coğrafi məsafə olsa da, Batı Azərbaycan və Batı Trakya türkləri eyni milli şüur və həmrəylik ətrafında birləşirlər. Ortaq milli kimlik və ortaq tale baxımından bu iki bölgə arasında aşağıdakı paralellər qeyd olunmalıdır:
-Türk-müsəlman əhalinin tarixi yaşayış məkanı olması;
-Müharibə və siyasi sərhəd dəyişikliklərinin bölgələrin taleyinə təsir etməsi;
-Köç, deportasiya və demoqrafik dəyişikliklərin yaşanması;
-Kimlik, dil və mədəniyyətin qorunması məsələsinin ön plana çıxması;
-Tarixi yaddaş və ata-baba yurdu anlayışının güclü olması.
Batı Azərbaycan türkləri və Batı Trakya türkləri Milli Müqavimət Ruhunu qoruyub saxlayaraq, 1918-ci ildə Paris Sülh Konfransında de-yure tanınan Azərbaycan Xalq Cumhuriyyətinin və 1913-cü ildə qurulan və tarixdə ilk türk respublikalarından biri hesab edilən Batı Trakya Türk Respublikasının (Qərbi Trakya Müstəqil Hökuməti) işğala qarşı müqavimət və hər iki icmanın Beynəlxalq Hüquqa istinad edərək tarixi torpaqlarına qayıtmaq istəyi mübarizəsi və “vətən” anlayışına sadiqliyinin ortaq əksidir.
3. Milli Kimliyin İnkarı və Hüquqların Tapdalanması
Hər iki bölgədə yerli əhalinin varlığını silmək üçün inzibati və hüquqi təzyiqlərdən istifadə olunub:
-Batı Azərbaycan: Ermənistan SSR və müstəqil Ermənistan rəhbərliyi azərbaycanlıların tarixi varlığını tamamilə inkar etmək yolunu tutdu. İnsanlar qovulduqdan sonra onlara məxsus heç bir mədəni irsin qalmaması üçün addımlar atıldı;
-Batı Trakya: Yunanıstan dövləti onilliklərdir ki, rəsmi olaraq “Türk” kimliyini tanımır, oradakı insanları sadəcə “müsəlman azlıq” adlandırır. Adında “Türk” sözü olan dərnəklər qadağan edilir (məsələn, İskeçe Türk Birliyi). 1955-1998-ci illər arasında tətbiq edilən məşhur 19-cu maddə ilə 60 mindən çox Qərbi Trakya türkü yunan vətəndaşlığından çıxarılır.
4. Toponimlərin Dəyişdirilməsi və Mədəni Soyqırım
Hər iki coğrafiyada türk izlərini silmək üçün kənd, şəhər, çay və dağ adları sistematik olaraq dəyişdirilmiş, tarixi abidələr məhv edilmişdir:
-Batı Azərbaycan – İrəvan, Gözəldərə, Basarkeçər, Zəngibasar, Amasiya və s. türk adları Yerevan, Geqardizor, Vardenis, Masis, Amasya kimi adlarla erməniləşdirilib. İrəvan qalası, Göy məscid (təhrif edilib), yüzlərlə qəbirstanlıq və məscid tamamilə yerlə-yeksan edilib.
-Batı Trakya: Batı Trakya’nın Rodop ilinde yer alan Gümülcine, bölgedeki Türk azınlığın kalbi – Gümülcine, İskeçe, Dedeağaç, Sarışaban və s. türk adları Komotini, Xanthi, Alexandroupoli, Chrysoupoli kimi adlarla yunanlaşdırılıb. Osmanlı dövrünə aid bir çox məscid, mədrəsə və saat qüllələri ya baxımsızlıqdan məhv olub, ya da funksiyası dəyişdirilib.
5. Dini və Təhsil Muxtariyyətinə Müdaxilə
Yerli əhalinin özünü qorumasının ən mühüm şərti təhsil və dindir. Həm Batı Azərbaycanda (sovet dövründə xüsusilə son mərhələdə), həm də Batı Trakyada bu sahələr hədəf seçilmişdir. Yunanıstan Lozan müqaviləsini pozaraq Batı Trakyada türklərin öz müftilərini seçmək hüququnu əllərindən alıb və dövlət tərəfindən “təyin olunmuş müftilər” sistemini gətirib. Türk məktəblərinin fəaliyyətinə ciddi maneələr yaradılır.
6. Gələcəyə Baxış və Birlik
Qarabağ Zəfəri və Türk Dünyası 2020-ci ildə 44 günlük Vətən Müharibəsi vasitəsilə Qarabağın azad edilməsi təkcə Batı Azərbaycan türkləri üçün deyil, bütün məzlum türk icmaları üçün böyük bir ümid mənbəyi olmuşdur. Bu qələbə gələcəkdə assimilyasiyaya məruz qalan və ya dövlətsiz qalan bütün türklərin inamını gücləndirmişdir.

7. Mədəni Körpülər Qurulması
Bu gün Batı Azərbaycan İcması və Batı Trakya Türkləri Həmrəylik Dərnəyi ortaq fəaliyyət üçün “Yol Xəritəsi” müəyyən etməli, diaspor təşkilarları vasitəsilə qarşılıqlı əlaqələr yaradaraq hər iki bölgənin mədəni əlaqələrini canlı saxlamalıdırlar.
8. Nəticə olaraq
Batı Azərbaycan və Batı Trakya türklərinin taleyi — böyük imperiyaların süqutundan sonra qurulan millət-dövlətlərin daxilində qalan yerli (otokton) əhalinin öz yurdunda qaçqına, azlığa və hüquqsuz vətəndaşa çevrilməsinin acı nümunəsidir. Fərq ondadır ki, Batı Azərbaycanlılar öz yurdlarından tamamilə didərgin salındıqları halda, Batı Trakya türkləri hələ də öz torpaqlarında varlıq və kimlik mübarizəsini böyük fədakarlıqla davam etdirirlər.
Tarixin yazdığı bu ortaq taley, hər iki icmanın öz vətənlərində azad, bərabər və qürurlu bir gələcək qurmaq əzmi ilə yaşayır. Regionda hüquqlar və status uğrunda mübarizə diplomatik və mədəni səviyyələrdə bir-birini qidalandırmağa davam edir.

Qurban VAHİDOV. Türk Dünyası Akademiklər Birliyi üzvü, Türk Dünyası Tarixçilər Şurası üzvü, Türk Dünyası Yazarlar Birliyi üzvü, Soyqırım İnstitutunun eksperti, Türk Dünyası Federasyonu Azərbaycan Ölkə Başqanlığının Mətbuat və İnformasiya üzrə Başqan Yardımçısı. Araşdırmaçı-yazar, jurnalist.

Top