Weather Data Source: havadurumuuzun.com

Təranə Arifqızının doğum günüdür!

TƏRANƏ ARİFQIZININ DOĞUM GÜNÜDÜR!

“Yazarlar” olaraq Təranə Arifqızını doğum günü münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!

Təranə Arifqızından yeni yaşın şeiri:

BU YAŞDA

Yoxluğumu var etməkçün çalışdım,
Varlığımı yox etmədim bu yaşda.
Acı oldum, sərt danışdım arabir,
Əqidəmi qul etmədim bu yaşda.

Dedim, bir də salamlayım dunyanı,
Baxım görüm, qalıbmıdır düz yanı?
Sol yanımda su göyərir, duz yanır,
Yaşıl işıq yanır, sönür bu yaşda.

Günlər ötür, ay dolanır, il keçir,
Ümmanımdan səhra kimi sel keçir.
Ruh dindirir, qələm yazır, dil seçir,
Dünya mənə qərib dönür bu yaşda.

Çox yaşamaq ömürmüdür, bilmirəm,
Qanunmudur, hokmmüdür, bilmirəm,
Hər açılan gül gülmüdür, bilmirəm,
Hər son ilim başlanğıcdır bu yaşda.

Səhifələdim düz əlli beş varağı,
Mənə təkcə sadiq gördüm torpağı,
Sözüm, ruhum yenə Tanrı sayağı
Könüllərə mələk olur bu yaşda.

Şeirin müəllif: TƏRANƏ ARİFQIZI

TƏRANƏ ARİFQIZININ YAZILARI

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Top