Weather Data Source: havadurumuuzun.com

Etimadın və Liderliyin Yeni Mərhələsi

Etimadın və Liderliyin Yeni Mərhələsi

Bu gün Azərbaycan idman ictimaiyyəti üçün əlamətdar hadisələrdən biri baş verdi. Azərbaycan Karate Federasiyasının prezidenti cənab Ülvi Quliyevin və Federasiyanın İdarə Heyətinin qərarı ilə Yavər Hüseynov Azərbaycan Karate Federasiyasının Təşkilat Komitəsinin sədri vəzifəsinə təyin olundu.

Bu yüksək etimadın Yavər Hüseynova göstərilməsi təsadüfi deyil. Çünki o, uzun illər ərzində öz peşəkarlığı, təşkilatçılıq bacarığı, vətənpərvər mövqeyi və insanlarla qurduğu səmimi münasibətləri ilə hər zaman seçilən şəxslərdən biri olub. İctimai fəaliyyətində nümayiş etdirdiyi məsuliyyət, prinsipiallıq və məqsədyönlülük onu bu mühüm vəzifəyə layiq görən əsas amillərdəndir.

Karate yalnız idman növü deyil, eyni zamanda iradə, intizam, mənəvi güc və sağlam həyat tərzinin təcəssümüdür. Bu dəyərlərin inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi üçün güclü idarəçilik və düzgün təşkilatlanma mühüm əhəmiyyət daşıyır. İnanıram ki, Yavər Hüseynovun rəhbərliyi altında Təşkilat Komitəsi öz fəaliyyətini daha da genişləndirəcək, yeni layihələr həyata keçirəcək və Azərbaycan karatesinin inkişafına mühüm töhfələr verəcəkdir.

Bu təyinat həm də Azərbaycan karate ailəsinin gələcəyinə verilən önəmin göstəricisidir. Gənclərin sağlam ruhda yetişməsi, idmanın kütləviliyinin artırılması, beynəlxalq arenalarda daha böyük uğurların əldə olunması istiqamətində görüləcək işlərdə Yavər Hüseynovun təcrübəsi və təşkilatçılıq qabiliyyəti xüsusi rol oynayacaqdır.

Əminəm ki, bu məsuliyyətli və şərəfli vəzifədə o, öz bilik və bacarığını ən yüksək səviyyədə nümayiş etdirəcək, ona göstərilən etimadı layiqincə doğruldacaq və Azərbaycan Karate Federasiyasının qarşıya qoyduğu strateji hədəflərin həyata keçirilməsinə mühüm töhfə verəcəkdir.

Hörmətli Yavər qardaşımızı ürəkdən təbrik edir, ona yeni fəaliyyətində möhkəm cansağlığı, tükənməz enerji, uğurlu layihələr və daha böyük nailiyyətlər arzulayıram. Qoy bu yeni mərhələ onun həyat və fəaliyyət yolunda yeni qələbələrin, uğurların və xoş nəticələrin başlanğıcı olsun.

Azərbaycan idmanının inkişafı naminə görülən hər bir iş dövlətimizə, xalqımıza və gələcəyimizə xidmət edir. Bu yolda atılan hər addım dəyərlidir və yüksək qiymətləndirilməlidir.

Təbriklər və uğurlar olsun!

Pərvanə Salmanqızı
Jurnalist, şair, araşdırmaçı yazar.

Top