Weather Data Source: havadurumuuzun.com

BayramAşıqlı (1960)

BayramAşıqlı – yazar

BayramAşıqlı (Məmmədov Bayram Əli oğlu) – 1960-cı il martın 22-də Tovuz rayonunun AşağıQuşçu qəsəbəsində dünyaya göz açıb.
Orta məktəbə 1967-ci ildə doğulduğu doğma AşağıQuşçu qəsəbəsindəki İsmayıl Mürşüdov adına 1 saylı tam orta məktəbinə qəbul olub, 1977-ci ildə nümunəvi qiymətlə tam orta məktəbi bitirmişdir. 1976-cı ildə hər bir şagird kimi komsomol sıralarına qəbul olmuşdur.
Orta məktəbi bitirən il, Ali məktəbə qəbul ola bilməməsinə görə, 1977-il 1 sentyabr — 1978-ci il 5 iyul ərəfəsində, 3-cü dərəcəli “Suvaqçı-Rəngsaz” sənətinə yiyələnmişdir. Və Bakı Baş Tikinti İdarəsinin nəzdində 24 saylı Tikinti İnşaat idarəsində işə başlamışdır. Həmin idarədə işləyə-işləyə gecə oxumaq üçün sənətlərini Oktyabr İnqilabı adına Bakı Neft Texnikomuna vermiş və həmin ili 1 sentyabr 1979-cu ildə Texnikoma qəbul olmuşdur.
Əsgərliyə çağırılan zaman 1979-cu ildə Hərbi komissarlıq hesabına tam sürücülük kursunu bitirdikdən sonra hərbi xidmətə sürücü kimi çağırılmışdı.
Texnikomun ikinci kursunda oxumasına baxmayaraq, 1980-ci ildə hərbi xidmətə çağırılmış, 1982-ci ildə “Almaniya”da hərbi xidmətini başa vurmuşdu. Hərbidən sonra yenə əvvəlki işinə qayıtmış, eyni zamanda təsilini də davam etmişdir.
“Neft və Qaz zavodlarının avadanlıqları” üzrə Texnik-Mexanik ixtisası 31 oktyabr 1979-cu il tarixində verilmişdir.
1980-1982-ci illərdə hərbi xidmətdə 4-cü və sonra 5-ci dərəcəli “suvaqçı-rəngsaz” dərəcələrini almışdı. 14 may 1990 – 24 sentyabr 1990-cı ildə 4-cü dərəcəli “Pnevmatik Təkərli” və “Tırtıllı Kran” sürücülük kurslarını tam bitirmişdir.
Zamanın axını ilə, həyatını daima zəhmətə bağlayaraq, İnsan’ın zəhmətkeş həyat ideyası ilə sənətin güzgüsündə özünü ruhən görməyə çalışmışdır. Həyata bəyaz baxışı, sənət adamının özünün, ruhunun ifadəsidir.
BayramAşıqlı daxili birikasında ictimai düşüncəsinin həyata baxışında, haqsızlığa qarşı güclü Həyat imici ilə yaşayıb-yaratmışdır.
Hal-hazırda ailəlidir, 3 övladı, iki qızı, bir oğlu var. Qızları ailəlidir, oğlu isə subaydır. Üç nəvəsi var; iki oğlan, bir qız.
Gənc yaşlarından köksündə olan bədii yaradıcılıq istedadını, altmış yaşa qədər daşıyaraq, ahıl yaşında üzə çıxartmışdır. İlk şeirləri “Şərqin səsi”, “ELM və TƏHSİL”, “DOSTLİQ MƏŞƏLİ”, qəzetində və “Zirvə” poeziya antologiyasında çap olunub. Daha sonra “Vətən”, “Canım Azərbaycan”, “Qarabağ Azərbaycandır” , “Xarıbülbül”, “Dəmir yumruq, Polad bilək”, “Zəfər”, “Şah dağı”, “Ləlvər dağı”, “Rəvan”, “Sazlı-sözlü Borçalı”, “Poeziya çələngi”, “Bakı-Təbriz”, “Şərqin səsi”, “Şam işığı”, “Nəğməli könüllər”, “Mən Şirvanın səsiyəm”, “Turan”, “Turan ellərinə salamlar olsun!”, “Odlar yurdu Azərbaycan”, “Heydər Zirvəsi”, “Ziya”, “XOCALI XX əsrin ən böyük, ən qanlı FACİƏSİ”, “QARA-ARXAC”, “Zirvəyə ucalanlar”, ” Söz xəzinəsi”, “İLHAM ÇEŞMƏSİ”, “ZİYA”, “Nəğməli könüllər” və s. adlı ədəbi-bədii, elmi publistik məcmuələrdə, ZİM.Az, Zirvəyə,info, Bolnisi.az, http://xn--boyali-yua.org/ və s. saytlarda, “Telli Senem” jurnalında, “Murov Qartalı” toplu-kitabında və s. şeirləri dərc olunub. Oxucular tərəfindən böyük maraqla qarşılanıb.
Azərbaycan Jurnalistlər Birliyinə üzv seçilib.
“Abdulla Şaiq”, Qızıl Qələm” və “Zirvə” mükafatı laureatıdır.
“XXI ƏSRİN ZİYALISI”, “Vətənpərvər Şair” Fəxri diplomları ilə təltif olunub. 65 yaşl yubleyi münasibətiylə “BÖYÜK ZƏFƏR” Xatirə Medalı ilə təltif edilib.

DİLDİR USTADI
Ümid imanın öz doğma övladı,
Söz qəlbin təstiqi, dildir ustadı.
Cəhalətə* ümid etmə, yox eylə,
Cəlaləti* üzə ürəklə söylə.

Arsız etdi məni, arsız olanlar,
Adıma rəng qatdı, rəngə dolanlar.
Günlərin bir günü, başlasa çovğun,
İşi sona çıxım, olsam da yorğun.

Varlıyla arada, saxlayan pərdə,
Kasıb olan zaman, heç düşməz dərdə.
Zəhmətdən qaçmadım, aldım kef-ləzzət,
Başımda cəm oldu, hörmətlə, izzət .

Varlı olmaq, bir şey deyil, əzəldən,
Kasıblar ölməyir, hər vaxt əcəldən,
Pulu olan pulunun dərdini çəkir.
Pulu olmayanlar, pul dərdi çəkir.

Həmişə arzumdur, səni görməyim.
Yıxılsam bir kimsə, olmaz köməyim.
Getmə ay cavanlıq, getmə əlimdən,
Cavabdehəm sözüm çıxsa dilimdən.

Sözüm vardır halal olan şəxslərə,
Halallıq üçün gedibsiz dərslərə.
Sizlə bərəkətli olur çörəyim.
Bol olduqca dəyməz yerə kürəyim.

Altmışa çatana qədər boş gəzdim.
Sevgi hiss etmədən, heyy naxoş gəzdim.
Nə yazdım, nə uğur əldə etdim mən,
Ailədə ata rolu getdim mən,

Çox özümü xoşbəxt, sandım həyatda,
Acıdı halıma, yandı həyat da.
Ailədə evimin nökəri oldum.
Açılan gül kimi, vədəsiz soldum.

Qızlarımı verdim, öz istəyilə,
Dedim xoşbəxt olar, öz diləyilə.
Nə biləydim belə olacağını,
Kasıb hardan bilsin çıxacağını?..

Eləki ata özün nökər bilir,
O evin sonu, xoşbəxtliklə bitir.
İşlədikcə evin nökəri oldum,
Ailə gözündə, saraldım-soldum.

Nə qədər xoşbəxt ailə olsa da,
Xəzinəsi var-dövlətə dolsa da.
Ata nökər olsa, evinə bəzək,
Ailə də onu, şah bilsin gərək.

Mən öləndə gəlmə qəbir üstünə,
Gül gətirib qoyma, mərmər üzünə.
Qəbirdə olanın, xəbəri olmur,
Sağkən verilməyən, qəbirə dolmur.
20.06.2026.
Cəhalət*-biliksizlik, avamlıq, nadanlıq və mədəni gerilik mənasını verən anlayışdır.
Cəlalət*—böyüklük, ululuk, əzəmət və yücelik deməkdir.

MARAQ OLDU
Ağladım işıqlı dünyaya gələndə,
Hamının gülməsi mənə maraq oldu.
Taleyimi yazmaq üçün qismətimdə,
Bir ağ vərəq, bir də qara qələm oldu,

Hər gözələ ürək açıb vurulmadım,
Mən səni sevməkdən, heç vaxt yorulmadım.
Mən də özümü ağ günə çıxmış sandım,
Ağ günüm olmadan, qara gündə yandım.

Sanki qızıl güləm, açılıb çiçəyim,
Hər yanı bəzəyər, ətirli ləçəyim.
Könlümü əmanət etsəm sənə əgər,
Bağrına basaraq, saxlamazsan məgər?!.

Kaş biləydin sənsiz, gör nələr çəkmişəm,
Ətirli bağçanda, gül-çiçək əkmişəm.
Sökmərəm səninlə birgə tikdiyimi,
Bayrağım edərəm əlimdə dediyimi.

BayramAşıqlının, tapaydın dərmanın,
Yaralı könlünə verəydin fərmanın.
Məni qanadında, aparan olaydı,
Sevgimi özümə, qaytaran olaydı.
21.06.2026.

BƏRƏKALLAH

Bir sözüm var, eşit, bəyən,
Olma heç vaxt, xətrə dəyən.
Ol sözünü üzə deyən,
Deməyinə bərəkallah.

Qadın aşqı, sevib, seçər,
O bu yolda, candan keçər.
Nakam olan, aşqsız köçər,
Köçməyinə bərəkallah.

Əsli, zatı düz deyilsə,
Xoş güzarı, düz deyirsə.
Tərsi-məssəb, söz eşitsə,
Məssəbinə bərəkallah.

Bayram haqqa, ədalətə,
Yaxın olar, sədaqətə.
Vərdiş etmə, xəyanətə,
Vərdişinə, bərəkallah.

Şirin sözün, düşüb dilə,
Dilinə ay bərəkallah.
Şirin dillə, çıxma zilə,
Zilinə, ay bərəkallah.

Sözlərin min mənalıdır,
Qəlbin qəmdən, yaralıdır.
Bir qız,.. dünya maralıdır,
Hissinə, ay bərəkallah.

Ey həyatda, səhv eyləyən,..
Günahkarı, əfv eyləyən.
Yalan deyib, nəf*¹ eyləyən,
Nəfinə, ay bərəkallah.

Arzu-kama yaxın keçsən,
Dərd çəkərəm, fikir etsən.
Bayram deyər, dərsə getsən,
Dərsinə, ay bərəkallah.
04.06.2026.

Nəf*¹-(xeyir), qazanc, (fayda) və ya gəlir mənasını verir. “Mənafe” sözü də bu kökdən yaranmışdır.

TOVUZU EDƏK TƏMSİL
Hər yer bizə Tovuz olmasada bil,
Biz hər yerdə Tovuzu edək təmsil.
Kimsə bizə desə biz Tovuzluyuq,
Onda bil ki qardaş, biz Oğuz*¹luyuq,

Mən həsrəti oldum, sənin eşqinin,
QuluyamTovuza olan sevginin.
Sevə-sevə yaşa doldum Tovuzla,
Qazandığım böyük olan nüfuzla.

Çıraq tək başına dönənin vardı,
Azərbaycan kimi, vətənin vardı.
Bir dəfə deyil, hər dəfə demişəm,
Tovuz sevənləri mən də sevmişəm,

Yaşım artıb, qəddim əyilib daha,
Başa gəldi, keçən illərim baha.
Tufan qopar, duman gələr, yel ötər,
Azərbaycan kimi, bir ölkə göstər.

Gəlin əhd eyləyək, ilqar söyləyək,
Azad Vətən üçün, birlik dəmləyək.
BayramAşıqlını “Məcnun” eyləyən,
Xalqın qapısın aç, dünyamı teyləyən.

“Oğuz*¹”-qədim türk tayfası olan oğuzlara mənsub olan, oğuz tayfalarından törəyən və ya oğuz xarakteri (cəsurluq, el-oba sevgisi) daşıyan mənasında işlədilir. Sözün kökü olan “oğuz” böyük, artan soy, boylar birliyi və ya igid mənasını verir.Bu ifadənin mənaları Oğuz türkləri 950-ci ildən islam dinini qəbul etməyə başladılar. Oğuz adına ilk dəfə Yenisey kitabələrində rast gəlinməkdədir. Oğuzlar Türkiyə, Balkanlar, Azərbaycan… Hal-hazırda Azərbaycanın Oğuz bölgəsi vardır. Oğuz rayonu.

GÜNƏŞİM MƏNİM

Bu şeirimi Facebook sosial şəbəkəsindən tanıdığım və dostluğumda olan, ən əsası Şəhid tədbirlərində fəal iştirak edən, Günəş xanıma hədiyyə edirəm. Özü dediyi kimi, bu şeirimi və onun şəkilini bu kitabıma salacam, bir kitab da hədiyyə edəcəm. Hörmətlə:BayramAşıqlı.

Dolaşır xəyallar, düzü, dərəni,
Könlümdən gör nələr keçir, mədəni?!.
Xoruz banı bəzəyir, çöl-çəməni,
Tanrıdan bəxtimə, bəxşişim mənim,
Hər səhər açılsın, Günəşim mənim.

Şəfəqə boyanır, işıqlı olur,
Kənd yenə oyanır, adamla dolur.
Kiçik uşaqlar, gör necə doğulur?,
Kaş doğulsun, budur xahişim mənim,
Hər səhər açılsın, Günəşim mənim.

Hər səhər özünü bizə sevdirər,
Sinəmə yeni arzular gətirər.
Hamının üzünə sevgi bildirər,
Özü deyir budur, “vərdişim” mənim,
Hər səhər açılsın, Günəşim mənim.

Küçələr şəfəqli olduqca həssas,
Sonsuz qaranlıqdan çox edib xilas.
Sevgidən don tikib, geyirəm libas,
Kalımdan qorxmasın, dəymişim mənim,
Hər səhər açılsın, Günəşim mənim.

BayramAşıqlıyam, ələ düşmüş şans,
Səma dənizimdə, Günəşdir əsas.
Sevirəm hər kəsi, düşünməm qisas,
Xoş olacaq sənə, gəlişim mənim,
Hər səhər açılsın, Günəşim mənim.
20.06.2026

DİLDİR USTADI
Ümid imanın öz doğma övladı,
Söz qəlbin təstiqi, dildir ustadı.
Cəhalətə* ümid etmə, yox eylə,
Cəlaləti* üzə ürəklə söylə.

Arsız etdi məni, arsız olanlar,
Adıma rəng qatdı, rəngə dolanlar.
Günlərin bir günü, başlasa çovğun,
İşi sona çıxım, olsam da yorğun.

Varlıyla arada, saxlayan pərdə,
Kasıb olan zaman, heç düşməz dərdə.
Zəhmətdən qaçmadım, aldım kef-ləzzət,
Başımda cəm oldu, hörmətlə, izzət .

Varlı olmaq, bir şey deyil, əzəldən,
Kasıblar ölməyir, hər vaxt əcəldən,
Pulu olan pulunun dərdini çəkir.
Pulu olmayanlar, pul dərdi çəkir.

Həmişə arzumdur, səni görməyim.
Yıxılsam bir kimsə, olmaz köməyim.
Getmə ay cavanlıq, getmə əlimdən,
Cavabdehəm sözüm çıxsa dilimdən.

Sözüm vardır halal olan şəxslərə,
Halallıq üçün gedibsiz dərslərə.
Sizlə bərəkətli olur çörəyim.
Bol olduqca dəyməz yerə kürəyim.

Altmışa çatana qədər boş gəzdim.
Sevgi hiss etmədən, heyy naxoş gəzdim.
Nə yazdım, nə uğur əldə etdim mən,
Ailədə ata rolu getdim mən,

Çox özümü xoşbəxt, sandım həyatda,
Acıdı halıma, yandı həyat da.
Ailədə evimin nökəri oldum.
Açılan gül kimi, vədəsiz soldum.

Qızlarımı verdim, öz istəyilə,
Dedim xoşbəxt olar, öz diləyilə.
Nə biləydim belə olacağını,
Kasıb hardan bilsin çıxacağını?..

Eləki ata özün nökər bilir,
O evin sonu, xoşbəxtliklə bitir.
İşlədikcə evin nökəri oldum,
Ailə gözündə, saraldım-soldum.

Nə qədər xoşbəxt ailə olsa da,
Xəzinəsi var-dövlətə dolsa da.
Ata nökər olsa, evinə bəzək,
Ailə də onu, şah bilsin gərək.

Mən öləndə gəlmə qəbir üstünə,
Gül gətirib qoyma, mərmər üzünə.
Qəbirdə olanın, xəbəri olmur,
Sağkən verilməyən, qəbirə dolmur.
20.06.2026.
Cəhalət*-biliksizlik, avamlıq, nadanlıq və mədəni gerilik mənasını verən anlayışdır.
Cəlalət*—böyüklük, ululuk, əzəmət və yücelik deməkdir.

 

 

Top