Sona Xəyalın 65 illik həyat salnaməsi

Sona Xəyalın 65 illik həyat salnaməsi
Azərbaycan ədəbiyyatının və elmi mühitinin tanınmış simalarından olan Sona Xəyal ( Hadiyeva ) 65 illik mənalı ömür yolunu zəngin yaradıcılıq fəaliyyəti, elmə və elmi-mənəvi dəyərlərə sədaqəti ilə qarşılayır. Onun həyat yolu zəhmət, axtarış, yaradıcılıq və vətənə xidmət nümunəsi kimi diqqəti cəlb edir. Sona Xəyalın yaradıcılığı Azərbaycan qadınının mənəvi dünyasını, xalqımızın milli-mədəni dəyərelərini, insanın daxili aləmini və həyatın müxtəlif çalarlarını əks etdirən əsərlərlə zəngindir. Şairə və yazıçı kimi qələmə aldığı şeirlər, hekayələr və publisistik yazılar oxucular tərəfindən maraqla qarşılanmış, müxtəlif ədəbi məclislərdə və mətbuat orqanlarında yüksək qiymətləndirilmişdir. Onun əsərlərində vətənə sevgi, ana məhəbbəti, insanpərvərlik, mənəvi saflıq və həyat həqiqətləri aparıcı yer tutur. Yaradıcılığının əsas xüsusiyyətlərindən biri səmimilik və həyatiliyin vəhdətidir. Sona Xəyal oxucuları düşündürməyi, onları mənəvi dəyərlərə səsləməyə bacaran qələm sahibidir. Onun poetik nümunələrində duyğuların incəliyi, bədii təsvirlərin zənginliyi və ana dilinə məhəbbət aydın hiss olunur. Ədəbi fəaliyyətlə yanaşı, Sona Xəyal elm sahəsində də mühim uğurlara imza atmışdır. Elmi araşdırmaları və maarifçilik fəaliyyəti onun çoxşaxəli şəxsiyyətinin göstəricisidir. O, həm elm adamı, həm də yaradıcı ziyalı kimi cəmiyyətə faydalı xidmət göstərmiş, gənc nəslin milli ruhda yetişməsinə öz tövhəsini vermişdir.
Ömrünün məhsuldar ilərinin bir hissəsini Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə bağlayan Sona Xəyal burada qazandığı zəngin təcrübə və elmi-mədəni mühitdən bəhrələnərək Azərbaycan ədəbi irsinə dərin ehtiramını əməli fəaliyəti ilə nümayiş etdirmişdir. Milli yaddaşımızın daşıyıcısı olan əlyazma abidələrinin qorunub öyrənildiyi bu nüfuzlu elm ocağında fəaliyyəti onun həyat yolunun və yaradıcılıq taleyinin yaddaqalan səhifələrindən birini təşkil edir.
65 illik yubiley insan ömrünün müdriklik və kamillik dövrüdür. Bu yubiley nünasibətilə Sona Xəyalın keçdiyi həyat yoluna nəzər saldıqda onun zəngin yaradıcılıq irsi, elmi fəaliyyəti və vətənə bağlılığı xüsusi ehtiram doğurur. Onun əsərləri bu gün də oxuculara mənəvi dəyərləri aşılayır,insanı xeyirxahlığa, vətənpərvərliyə və yüksək əxlaqi keyfiyyətlərə səsləyir.
Sona Xəyalın 65 illik yubileyi münasibətilə ona möhkəm cansağlığı, uzun və xeyirli ömür, yeni yaradıcılıq nəaliyyətləri arzulayıram. İnanıram ki, onun qələmi bundan sonra da Azərbaycan ədəbiyyatına dəyərli əsərlər bəxş edəcəv, adı mənim kimi oxucuların qəlbində daim hörmət və ehtiramla yaşayacaqdır. 65 illik ömür hekayəniz mübarək, hörmətli Sona xanım! Sizə yeni uğurlar, tükənməz yaradıcılıq enerjisi və xoş günlər arzu edirəm!
Hörmətlə: Aytən Musayeva
Biblioqrafiya şöbəsi
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


