Weather Data Source: havadurumuuzun.com

Qarabağın Tütüsü – Müharibə Qəhrəmanı Rüxsarə Cumayeva

Qarabağın Tütüsü – Müharibə Qəhrəmanı Rüxsarə Cumayeva

Bu gün Vətən uğrunda şərəfli ömür yaşamış, igidliyi, mərdliyi və fədakarlığı ilə xalqımızın yaddaşında silinməz iz qoymuş müharibə iştirakçısı Rüxsarə Cumayevanın 61 illik ömür yoluna nəzər saldığımız əlamətdar gündür.

Azərbaycan xalqının tarixində elə şəxsiyyətlər vardır ki, onların həyatı təkcə bir insanın taleyi deyil, bütöv bir xalqın mübarizə və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsinə çevrilir. Rüxsarə Cumayeva da məhz belə insanlardandır. O, həyatının ən çətin və keşməkeşli dövründə Vətən sevgisini hər şeydən üstün tutaraq Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızın müdafiəsi uğrunda mübarizəyə qoşulmuş, öz cəsarəti ilə əsl vətənpərvərlik nümunəsi göstərmişdir.

Qarabağ uğrunda gedən mübarizə yalnız səngərlərdə deyil, həm də mənəviyyat, iradə və qətiyyət meydanında aparılan bir savaş idi. Həmin ağır günlərdə Azərbaycan qadını öz gücünü, əzmini və vətənə bağlılığını bütün dünyaya nümayiş etdirdi. Rüxsarə xanım da həmin mərd Azərbaycan qadınlarının sırasında yer alaraq qorxmadan, çəkinmədən Vətən yolunda xidmət göstərdi, xalqının və dövlətinin yanında oldu.

Onun həyat yolu sübut edir ki, qəhrəmanlıq yalnız silah tutmaq deyil, həm də xalqına sədaqətlə xidmət etmək, çətinliklər qarşısında sınmamaq, milli dəyərləri qorumaq və gələcək nəsillərə örnək olmaqdır. Bu gün Qarabağın azad səmasında dalğalanan üçrəngli bayrağımızın qüruru, illərlə Vətən uğrunda mübarizə aparan igidlərin və qəhrəman qadınlarımızın zəhmətinin, fədakarlığının nəticəsidir.

Rüxsarə Cumayeva öz şərəfli ömür yolu ilə sübut etmişdir ki, Vətən sevgisi insanın ən böyük sərvətidir. Onun göstərdiyi xidmətlər, çəkdiyi zəhmət və nümayiş etdirdiyi vətənpərvərlik hissi gələcək nəsillər üçün daim örnək olacaqdır.

Bu əlamətdar gündə Rüxsarə xanımı 61 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, ailə səadəti, xoşbəxtlik və yeni uğurlar arzulayırıq. Uca Allah onu qorusun, ömrünü xeyir-bərəkətli etsin. Vətənə xidmətlə keçən şərəfli həyat yolu daim ehtiramla xatırlansın!

Doğum gününüz mübarək olsun, dəyərli Rüxsarə xanım! Sizin qəhrəmanlığınız, Vətənə sevginiz və insanlığınız hər zaman hörmət və rəğbətlə yad ediləcəkdir.

Pərvanə Salmanqızı
Jurnalist, şair,araşdırmaçı yazar.

Top