Sonsuz nisbi anlayışlar

Sonsuz nisbi anlayışlar
Hər şeyin nisbi olması insanı təəccübləndirir, amma hər birimiz bu anlayışlar daxilində həyatımızı davam etdiririk. Sonsuz nisbi anlayışlar daxilindən birini seçirik və ona haqq qazandıraraq digər anlayışları düşüncə sistemimizdə məhv edirik. Eynilə “Qoşa yarıqlar” təcrübəsi kimi… Biraz elmi istiqamətdə düşünəkmi? Narahat olma qəti, elmi dediyimə baxma, çox sadə bir dillə izah etməyə çalışacam. Onsuzda hər şey kimi izah etmək yöntəmi də nisbidir. Çətin elmi anlayışlarla izah etsən və ya sadələşdirilmiş qavramlarla açıqlasan, hər ikisinin də yetişdiyi son anlamı eyni olaraq qalır. Bu hissəyə diqqət verin, az sonra geri dönəcəyəm…
Qoşa yarıqlar təcrübəsində maddinin təməl zərrəcikləri olan elektron və ya protonları qoşa yarıqlı lövhəyə istiqamətləndirirlər. Izləyici olmadıqda zərrəciklər qoşa yarıqlı lövhədən keçərək arxadakı səthdə dalğa izi buraxırlar. Amma izləyici olduqda isə səthdə olan iz qatı iki iz olaraq formalaşır. Yəni, daha da açıqlayıcı izah edim: İzləyici olmadıqda bütün variantlar mövcuddur, hər bir variant da özünə xas haqlı səbəbləri ilə varlığını saxlayır, amma izləyici olduqda və birini seçib izlədikdə, bütün variantlar məhv olur, ancaq izlənilən, yəni izlənmək üçün seçilən variant mövcud olur. Digər məhv olan sonsuz variantlar haqsız, seçilən milyonların içindən bir variant isə ideal, haqlı və doğru hesab edilir. Maraqlıdır elə deyil… :)))
Bu elmi təcrübə bizim həyatımıza, həyatımızı qavrayışımıza və digər bütün hər sahəyə özünü yansıdır. Elə ki, bizlərdə bir inancı, bir anlayışı, bir bilgini və ya öz tipik xarakterimizi, seçimlərimizi qəbul etdikdə, olan sonsuz sayda inanc, anlayış, bilgi və ya insan xarakteri, seçimləri anlamsız, yanlış və haqsız vəziyyətinə düşür. Yalnız bizim seçdiklərimiz, qəbul etdiklərimiz haqlı, doğru və anlamlı vəziyyətinə gəlir. Sizcə də, bu hal Qoşa yarıq təcrübəsinə uyğun deyilmi? Elmi təcrübədə izlənilən variantdan başqa digər variantların özlərinə uyğun zaman-məkan qavramında var olan, yəni seçilən variantlar olması fərz olunur. Yəni, izlənən variantın seçilməsi belə izləndiyi zamana və məkan şəraitlərinə tam uyğun olduğuna görə izlənilir. Digər məhv olan variantlarda həmcinin öz zaman və məkan uyğunluqları sırasında varlıqlarını biruzə etdirəcəklər, onlarda öz zaman və məkanlarında haqlı, təqzib edilməz vəziyyətində olacaqlar.
O zaman hər şeyin nisbi olduğu həyatımızda nə gerçəkdən doğrudur? – bu sual əsirlərdir insanlığı düşündürən əsas suallar çərçivəsində öz ayrılmaz yerini tutmaqdadır.
Müəllif: yazıçı və şəxsi inkişaf məsləhətçisi – Məhəmməd Kərimov


