Weather Data Source: havadurumuuzun.com

Bakıda “Klassik şeirdən müasir şeirə” adlı poeziya gecəsi keçiriləcək

Bakıda “Klassik şeirdən müasir şeirə” adlı poeziya gecəsi keçiriləcək

YAZARLAR.AZ xəbər verir ki, poeziya gecəsində həm klassik, həm də müasir şeirlər səsləndiriləcək. Tədbirin qonaqları arasında Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Azərbaycan Yazıçılar Birliyinin Xəzər Bölməsinin sədri Kamal Hüseynzadə və Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Kənan Hacı yer alacaq.

Poeziya gecəsində gənc şairlər Əfsər Abdullayev, Pərviz Qurbanlı, Rəsul Ümməti və Elnur Əliyev çıxış edəcəklər.

Həmçinin xanəndələr Daşqın Kürçaylı, Leyla Mehdiyeva və Mətləb Əhmədzadə müxtəlif musiqi nömrələri ilə çıxış edəcək.

Gecənin moderatoru şair İlkin Naibdir.

Tədbir 27 iyun tarixində saat 18:30-da “LIBRAFF” mağazalar şəbəkəsinin “Park Akademiya” filialında keçiriləcək.

DAHA ÇOX MƏLUMAT BURADA

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top