İbadət edərək doğru yolda olursanmı?

İbadət edərək doğru yolda olursanmı?
İnsanlar özlərini doğru yolda hesab edər. Hər insana görə öz doğru yolu vardır. Doğru yolda olmaq nisbi anlayışdır.
İbadət edən insanlar özəlliklə özlərini doğru yolda hesab edirlər. Allaha ibadət edirəm və doğru yoldayam-sanırlar. Amma burada gizli gerçək var, etdiyin ibadəti əslən nəyə görə edirsən?
Dinindən fərqli olmayaraq insanlar öz dinlərinə görə ibadət edirlər. Bəs bu qədər fərqli dinlər olduğu halda, hansı ibadət doğru hesab olunmalıdır?
Burada aydınlıq gətirmək üçün belə bir sual verək:
İbadətini nəyə görə edirsən? Dinindən fərqli olmayaraq ibadəti nəyə görə etdiyindir səni doğru və ya yanlış yolda edən.
İbadəti nəyə görə edirsən?
– Cəhənnəmdən qorxursan və ya məhv olmamaq üçün?
– Yoxsa Cənnəti qazanmaq üçün və ya özünü əbədi yaşatmaq üçün edirsən ibadətini?
Təəssüf olsun ki, çox zaman şüuraltımızda bu iki variantdan biri olur, amma hər ikisi də yanlış yoldur. İbadəti heç nəyə görə deyil, Allaha görə etdiyində doğru yolda olmuş olursan. Bəs Allahı necə tanıyırsan? – bu sual çıxır ortaya bu səfər də…
Allahı səmada hesab etsən, cəza verən, mükafat verən varlıq hesab etsən, yenə yanlış yoldasan. Doğru olan düşüncə isə belədir:
– Allah yaradılış dənizidirsə, insan isə o dənizdə olan damlalarıq…. (metafor olaraq)
İnsanlıq Allahdan kənar deyil, nə də Allah varlıqdır. Allah varlıq olarsa, o zaman Yaradan ola bilməz. Yaradan olmaq – yaradılmışları yaradan amma yaradılışdan kənar olan hesab olunmalıdır. Və Allah da belədir….
Bu düşüncə ilə ibadət etdikdə özümüzü doğru yolda hesab edə bilərik. Bu düşüncədə olunan ibadət eqodan da kənar olduğuna görə gerçək ibadət hesab olunur.
Bəs sən bu tərz ibadət edə bilirsənmi?
Müəllif: yazıçı və şəxsi inkişaf məsləhətçisi – Məhəmməd Kərimov


