Weather Data Source: havadurumuuzun.com

Nailə Yusifovanın Doğum Gününə

Nailə Yusifovanın Doğum Gününə

Bu gün Azərbaycan elminin, təhsilinin, ədəbiyyatının və ictimai fikrinin inkişafına dəyərli töhfələr vermiş ziyalı xanım, Azərbaycan Respublikası Qadınlar Cəmiyyətinin Elm və Təhsil Şöbəsinin müdiri, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Filologiya üzrə fəlsəfə doktoru, dosent, şair, müxtəlif elmi və bədii məzmunlu kitabların müəllifi, dəyərli alim və ictimai xadim Nailə xanımın doğum günüdür.

İnsan ömrünün mənası yalnız yaşanan illərlə deyil, həmin illərdə görülən işlərlə, cəmiyyətə qazandırılan dəyərlərlə ölçülür. Nailə xanımın həyat yolu məhz bu mənada örnək bir ömür salnaməsidir. O, elmi fəaliyyəti ilə maarifçilik ənənələrinin inkişafına xidmət etmiş, pedaqoji fəaliyyəti ilə minlərlə gəncin formalaşmasına töhfə vermiş, yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının zənginləşməsinə öz dəyərli sözünü əlavə etmişdir.

Dövlətçilik ənənələrinin qorunması, milli-mənəvi dəyərlərimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində göstərdiyi xidmətlər Nailə xanımın fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir. O, elm və təhsilin inkişafını yalnız peşə fəaliyyəti kimi deyil, milli məsuliyyət kimi qəbul etmiş, öz bilik və təcrübəsini daim cəmiyyətin rifahına yönəltmişdir.

Azərbaycan qadınının zəngin mənəvi dünyasını, ziyalılıq missiyasını və vətənpərvərlik ruhunu öz şəxsiyyətində yaşadan Nailə xanım ictimai və mədəni həyatda da fəallığı ilə seçilmişdir. Onun müəllifi olduğu elmi araşdırmalar, şeirlər və kitablar yalnız bu günün deyil, gələcək nəsillərin də mənəvi sərvətinə çevrilən dəyərli əsərlərdir.

Bu əlamətdar gündə dəyərli Nailə xanımı səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun və mənalı ömür, ailə səadəti, yeni-yeni elmi və yaradıcılıq uğurları arzulayırıq. Qoy həyat yolu həmişə uğurlar, hörmət və sevgi ilə müşayiət olunsun. Yazdığı hər bir əsər, yetişdirdiyi hər bir tələbə, həyata keçirdiyi hər bir layihə xalqımıza və dövlətimizə xidmət edən yeni uğurların təməli olsun.

Doğum gününüz mübarək olsun, hörmətli Nailə xanım!

Dərin biliyiniz, zəngin yaradıcılığınız və yüksək insani keyfiyyətləriniz daim xalqımıza və dövlətimizə xidmət etsin.

Pərvanə Salmanqızı Abdullayeva jurnalist, şair-publisist.

Top