Ziyalılığın və Mənəvi Nurun Doğum Günü — Aynur Aydın Qızının Ömür Yoluna Bir Baxış

Ziyalılığın və Mənəvi Nurun Doğum Günü — Aynur Aydın Qızının Ömür Yoluna Bir Baxış
23 May…
Bu tarix sadəcə bir doğum günü deyil, bir ziyalının, bir müəllimin, bir qələm sahibinin dünyaya nur gətirdiyi gündür…
Dəyərli Aynur Aydın qızı — pedaqoq, ictimai xadim və kitab müəllifi olaraq fəaliyyətinizlə təkcə bilik öyrətmirsiniz, həm də insanlara mənəvi yol göstərirsiniz. Müəllimlik yalnız peşə deyil, gələcək yetişdirən müqəddəs missiyadır. Siz isə bu missiyanı sevgi, mərhəmət və yüksək ziyalılıqla daşıyan nadir insanlardansınız.
Hər yazdığınız kitab bir düşüncə işığı, hər söylədiyiniz söz bir ümid toxumu, hər addımınız isə cəmiyyət üçün nümunədir. İnsanın ən böyük sərvəti arxasında qoyduğu izdir. Siz isə həm qəlblərdə, həm də yetişdirdiyiniz insanlarda silinməz izlər qoyursunuz.
Bu ömür yolunda qazandığınız hörmət, insanların sizə olan sevgisi və duaları təsadüf deyil. Çünki saf niyyətlə görülən hər iş zamanla insanın mənəvi aynasına çevrilir. Sizin aynanız isə zəhmət, vicdan və xeyirxahlıq nuru ilə işıqlanır.
23 May münasibətilə Sizə uzun ömür, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları və sonsuz mənəvi xoşbəxtlik arzulayıram. Qələminiz daim yazsın, yolunuz daim işıqlı olsun. Sizə verilən ömür, insanların həyatına toxunan gözəl izlərlə daha da mənalı olsun.
Doğum gününüz mübarək olsun!
Pərvanə Salmanqızı
Jurnalist, şair-publisist.


