Weather Data Source: havadurumuuzun.com

“Tələbənin Kitab Dostu” layihəsi

“Tələbənin Kitab Dostu” layihəsi

Mingəçevir Dövlət universitetində kitab sərgisi keçirilir. Sərgi may ayının 20-dən 22-nə qədər nəzərdə tutulub. Məqsəd kitabsevərlərin və oxucuların tələbatını qismən ödəməyə kömək etməkdi. Bu sərgidə “Parlaq imza”, “Teas Press”, “Qədim qala”, “Mimta”, “Xan”, “Mayak”, bunda əlavə uşaq nəşriyyatları olan “Altun”, “Ağıllı bala” və ” 3 alma” nəşriyyatları da burda təmsil olunurlar.
Sərgiyə oxucu marağı böyükdü. Çünki kitablar tələbələrə 20 faiz endirimlə satılır.
Layihənin rəhbəri Hüseyn Süleymanov deyir:-Yeni layihəmizi sizə təqdim etməkdən böyük məmnunluq duyuruq. “Tələbənin Kitab dostu” layihəsinin əsas məqsədi universitetlərdə kitab sərgiləri təşkil edərək tələbə gənclərin inkişafına fayda verəcək kitablarla daha yaxından tanış etməkdi. Eyni zamanda kitab müəllifləri ilə görüşlər keçirərək gənclərin düşüncə və inkişafına töhfə verməyi hədəfləyirik.
Gənclərin psixoloji sağlamlığının qorunması və inkişafı bizim əsas missiyamızdı
Ümid edirik ki, bu yolda cəmiyyət üçün həqiqətən faydalı işlər görə biləciyik. Siz də bizi izləyərək bu missiyanın bir parçasına, dəstəkçisinə, yol yoldaşına çevrilə bilərsiniz.

Sağlam gələcək-sağlam düşüncəli gənclərlə!

Məmməd Gürşadoğlu
Şair-publisist

Top