Weather Data Source: havadurumuuzun.com

Doğum Gününüz Mübarək Olsun, Dəyərli Vəfa Xanım!

Bu gün yalnız bir insanın dünyaya gəldiyi gün deyil…
Bu gün xeyirxahlığın, mərhəmətin, insan sevgisinin və nəcib duyğuların təcəssümü olan bir ürəyin bayramıdır.

Dəyərli ziyalımız, xeyriyyəçi, ailə psixoloqu, yardımsevər və gözəl qəlbli insan — Vəfa Abbasovanın doğum günü münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq.

İnsan var ki, yalnız yaşayır…
İnsan da var ki, yaşadığı hər günlə başqa insanların həyatına nur bəxş edir, qəlblərə ümid olur, yorğun ruhlara təsəlli verir.
Vəfa xanım məhz belə insanlardandır.

Onun adı kimi özü də vəfalıdır…
Səmimiyyəti ilə könüllərə yol tapan, mehribanlığı ilə insanların qəlbində iz buraxan, çətin anlarda insanların yanında olan bir ziyalı olmaq hər kəsə nəsib olmur.
Psixoloq kimi insanların ruhuna toxunmaq, onları həyata bağlamaq, ailələrin dağılmasına deyil, birləşməsinə xidmət etmək böyük bir mənəvi missiyadır. Vəfa xanım bu missiyanı vicdanla, sevgi ilə və yüksək mənəvi dəyərlərlə daşıyan dəyərli insanlardandır.

Xeyriyyəçilik sadəcə maddi yardım deyil…
Ən böyük yardım insanın qəlbinə toxuna bilməkdir.
Bir insanın göz yaşını silmək, ona “sən tək deyilsən” hissini yaşatmaq, ümidsizliyə düşən bir qəlbə yenidən işıq olmaq ən ali insanlıq nümunəsidir.
Vəfa xanımın həyat yolu məhz bu nəcib duyğularla yoğrulub.

Belə insanlar cəmiyyətin görünməyən qəhrəmanlarıdır.
Onlar səssizcə yaxşılıq edir, qarşılıq gözləmədən insanların həyatına sevgi qatırlar.
Çünki bəzi qəlblər Tanrının insanlara göndərdiyi mərhəmət ünvanıdır…

Əziz Vəfa xanım!
Yeni yaşınız sizə sağlamlıq, uzun ömür, daxili huzur, ailə səadəti və saysız-hesabsız uğurlar gətirsin.
Qəlbinizdəki o gözəl nur heç zaman sönməsin.
Sizin kimi insanlara bu dünyanın hər zaman ehtiyacı var.

Allah etdiyiniz bütün yaxşılıqları özünüzə və ailənizə min qat gözəlliklə geri qaytarsın.
Ömrünüz sevgi ilə, yolunuz işıqla, həyatınız xeyir-dualarla dolsun.

Doğum gününüz mübarək olsun!

Pərvanə Salmanqızı
Jurnalist, şair-publisist.

Top