BİR ŞEİR PAYI…

BİR ŞEİR PAYI…
Ömrümüz
Tikildikcə sökülən
Bir saraydır ömrümüz.
Göydən yerə “tökülən”
Hay-haraydır ömrümüz.
Aydan, gündən ibarət
Sanlı saydır ömrümüz.
Dağdan düzə sellənən,
Axar çaydır ömrümüz.
Gah enişdir, gah yoxuş,
Gah payızdır, gah da qış.
Fəsillərə bənzəyir
Bahar, yaydır ömrümüz.
Yaşa ömrü, qədrin bil,
Təkrar yaşanan deyil.
Haqdan bizə verilmiş,
Şirin paydır ömrümüz.
Zülfi Vellidağ
Cəlilabad Rayon Ağsaqqallar Şurasının idarə heyətinin üzvü, Turan Yazarlar Birliyinin üzvü, ədəbiyyatşünas, veteran pedaqoq, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, ədib və şair


