AD GÜNÜN MÜBARƏK ARİFƏ XANIM

AD GÜNÜN MÜBARƏK ARİFƏ XANIM
Gəlib yetmişi haqladı yaşın,
Təbrikə gəlib dostun sirdaşın.
Söz deyəcək indi bacın, qardaşın,
Doğum günün mübarək, Arifə xanım!
Evinə çıraqsan, əzizim bacı,
Ailənin, övladların başının tacı.
Günlərin xoş keçsin olmasın acı,
Doğum günün mübarək Arifə xanım!
Çox qatlaşmısan həyatda sən zəhmətə,
Baş əymədin mala, pula, sərvətə.
Sən layiqsən qazandığın hörmətə,
Doğum günün mübarək, Arifə xanım!
Bacım, artıq saçlarına düşübdü dən.
Bir an belə gileylənmə ömürdən.
Kim çıxacaq Tanrı yazan əmirdən,
Doğum günün mübarək Arifə xanım!
Hamının qəlbini gözündən duyan,
Böyüyə, kiçiyə oldun sən həyan.
Bu yolda yorulma sən məğrur dayan,
Doğum günün mübarək Arifə xanım!
Zəhmətinlə gülüb üzünə zaman,
Müəllim adına özünə qurban.
Sənə kömək olsun ulu Yaradan,
Ad günün mübarək Arifə xanım!

PÜSTƏ RƏVAN


