Jonas Abbaszadə Norveçdə hərbi xidmətə qəbul olunan yeganə və ilk azərbaycanlıdır

Jonas Abbaszadə Norveçdə hərbi xidmətə qəbul olunan yeganə və ilk azərbaycanlıdır
Norveçdə yaşayan tanınmış Azərbaycanlı jurnalist İdrak Abbasovun oğlu Jonas Abbaszadə Norveç ordusuna hərbi xidmətə başlayıb. J.Abbaszadə Norveçdə hərbi xidmətə qəbul olunan yeganə və ilk azərbaycanlıdır.
Bu barədə jurnalistin həyat yoldaşı, Janne Jonas (Yeganə Abbasova) öz şəxsi facebbok səhifəsində məlumat verib.
«Oğlumuz hərbi xidmətə başlayır. O Norveçin və NATO-nun sərhədlərinin qorunmasına töhfə verəcək. Bu, bizim üçün böyük bir şərəfdir. Ürəyimin dərinliyindən arzulayıram ki, dünya sülh və təhlükəsizlik içində yaşasın və heç bir ana övladını qeyri-müəyyən zamanlarda yola salmaq məcburiyyətində qalmasın. Ümid edirəm ki, bütün münaqişələr bir gün sülh yolu ilə həll olunacaq”, deyə qeyd edən J.Jonas bildirb
İdrak Abbasov 90-cı illərin sonlarından 2000-ci illərin oratalarınadək Azərbaycanda jurnalist fəaliyyəti göstərib. O “İmpuls”, İstiqlal, “Ayna-Zerkalo”, “BizimYol” qəzetlərində, “Turan” informasiya agentliyində işləyib, o cümlədən Azərbaycanda yaşadığı zaman dünyanın bir sıra nüfuzlu KİV-i ilə əməkdaşlıq edib. O, ailəsi ilə birgə 2015-ci ildə Norveçə köçüb. Yeddi ildən sonra onlar ailəlikcə Norveç Krallığı vətəndaşlığını əldə ediblər. Jurnalistin 1 qızı, 3 oğlu var. Qızı Səidə Abbaszadə Şimali Norveç Universitetində təhsil alır, o cümlədən Bodö Glimt klubunda beynəlxalq dərəcəli hakimdir. Ortancıl oğlu, 16 yaşlı Səlim Abbaszadə isə bir neçə kitab və çoxsaylı rəsm əsərləri ilə tanınmş gənc rəssam və yazıçıdır. O Norveçin Beynəlxalq Diplomatiya Kollecində təhsil alır. Kiçik oğlunun isə 10 yaşı var.
İ.Abbasov hazırda Norveçin İctimai Teleradio Şirkəti olan NRK-da çalışır, həmçinin, Norveç Jurnalistlər Birliyinin Telemark bölgəsi üzrə idarə heyətinin üzvüdür. O bir sıra yerli KİV-lə, TV2, Varden, Vest-Telemark blad, Bö Blad, Nattavisen və digər qəzeti ilə əməkdaşlıq edib. İdrak Abbasovun xanımı isə Norveç Uşaq Rifahı Mərkəzində çalışır.





Məlumatı hazıladı: Amina
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


