Qanlı tariximiz-Quba Soyqrımı

Qanlı tariximiz-Quba Soyqrımı
ASQ Birliyinin köllektivi Qubada Soyqrım Memorial Kompleksini ziyarət ediblər.
Birlik üzvləri Qubanın tarixində qanla yazılmış, ürək ağrısı ilə xatırlanan, bu faciəni hər dəfə xatırlamaqla, soyqrım qurbanlarının xatirəsini ehtiramla yad etməyi unutmurlar..
Ziyarət zamanı abidə önünə gül dəstələri qoyulub, soyqırımı qurbanlarının ruhuna dualar oxunub.
Soyqrım Abidəsinin rəhbəri, tarixçi Rəxşəndə Quba soyqrımının tarixi haqqında ətraflı məlumat verib..
Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zenfira Ağayeva tarixdə qanla yazılmış faciələrin unudulmamasını və gələcək nəsillərə düzgün şəkildə çatdırılmasının əhəmiyyətini qeyd edib.
Əslində tarixin acı səhifələrinin yad edilməsi milli yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Soyqrım Abidəsini ziyarət etmək, eyni zamanda gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi, milli birlik və həmrəyliyin təbliği istiqamətində önəmli addımlardan biridir.
ASQ Birliyinin Xaçmaz rayon şöbəsinin sədri Şərqiyyə Əliyeva bir qrup üzvlərlə və Quba rayon şöbəsinin sədri Humay Məmmədova da ziyarətdə iştirak edirdilər..
Sonda xatirə şəkli çəkildi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin
ASQ Birliyinin köllektivi Qubada Soyqrım Memorial Kompleksini ziyarət ediblər.
Birlik üzvləri Qubanın tarixində qanla yazılmış, ürək ağrısı ilə xatırlanan, bu faciəni hər dəfə xatırlamaqla, soyqrım qurbanlarının xatirəsini ehtiramla yad etməyi unutmurlar..
Ziyarət zamanı abidə önünə gül dəstələri qoyulub, soyqırımı qurbanlarının ruhuna dualar oxunub.
Soyqrım Abidəsinin rəhbəri, Tarix Elmləri Fəlsəfə Doktoru Rəxşəndə Bayramova Quba soyqrımının tarixi haqqında sahibkar qadınlara ətraflı məlumat verib..
Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zenfira Ağayeva tarixdə qanla yazılmış faciələrin unudulmamasını və gələcək nəsillərə düzgün şəkildə çatdırılmasının əhəmiyyətini qeyd edib.
Əslində tarixin acı səhifələrinin yad edilməsi milli yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Soyqrım Abidəsini ziyarət etmək, eyni zamanda gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi, milli birlik və həmrəyliyin təbliği istiqamətində önəmli addımdlr…
ASQ Birliyinin Xaçmaz rayon şöbəsinin sədri Şərqiyyə Əliyeva bir qrup üzvlərlə və Quba rayon şöbəsinin sədri Humay Məmmədova da ziyarətdə iştirak ediblər..
Sonda xatirə şəkli çəkildi.
QEYD: – Quba Soyqırımı Memorial Kompleksi, 1918-ci ildə erməni daşnakları tərəfindən Qubada törədilən kütləvi qırğınlar zamanı qətlə yetirilən minlərlə insanın xatirəsinə ucaldılmış, Qudyalçay sahilində yerləşən matəm və həqiqət abidəsidir. Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan kompleks, tapılan kütləvi məzarlıq üzərində qərarlaşır və bütövlükdə beton konstruksiyadan ibarətdir.

Məqsəd: 1918-ci ildə erməni-bolşevik silahlı dəstələrinin dinc azərbaycanlılara, ləzgilərə, yəhudilərə və digər etnik qruplara qarşı törətdiyi soyqırım faktlarını dünya ictimaiyyətinə çatdırmaq və qurbanların
xatirəsini əbədiləşdirməkdir…
ALLAH ŞƏHİDLƏRƏ RƏHMƏT ELƏSİN!
Yasəmən Möhübbətqızı
AJB üzvü, Beynəlxalq Sülh Səfiri.
ASQ Birliyinin sədr müavini.


