Şirinova Aidə Rəcəb qızı

Şirinova Aidə Rəcəb qızı
07 avqust 1959-cu ildə Azərbaycanın Yevlax şəhərində anadan olub. 1966-1976-cı illərdə Bərdə şəhər N.Nərimanov adına 3 saylı tam orta məktəbdə on illik təhsil alıb. 1977-1978-ci illərdə Bərdə rayon Uşaq Gənclər İdman Məktəbində məşqçi işləyib. 1978-1981-ci illərdə Azərbaycan Bədən Tərbiyəsi İnstitutunun idman fakültəsində təhsil alıb. Bərdə rayon Uşaq Gənclər İdman Məktəbində metodist vəzifəsində çalışmağa başlayıb. 1992-ci ildə Xocalı Soyqırımından sonra könüllü olaraq hərbi xidmətə gedib. Bərdə Özünümüdafiə Taborunda (733 saylı hərbi hissə] döyüşüb. “Əsgərlərin sosial müdafiəsi üzrə” Komandir müavini vəzifəsində çalışıb.
1993-cü il yanvar ayının 1-dən Daxili İşlər Nazirliyi sistemində xidmət edir. İşlədiyi müddətdə Şuşa, Ağdərə RPŞ-də çalışıb (1993-1998). 1998-ci ildə Qaradağ rayon Polis İdarəsində Pasport qeydiyyatı şöbəsində baş inspektor vəzifəsində, 2008-ci ildə Nəsimi RPİ-də Yetkinlik yaşına çatmayanlar üzrə inspektor vəzifəsində, 2014-2017-ci illərdə Qaradağ RPİ-nin Uçot-qeydiyyat və statistika işləri qrupunun baş inspektoru vəzifəsində çalışıb. Hazırda Yetkinlik yaşına çatmayanlar üzrə inspektor vəzifəsində çalışır. Polis mayorudur.
1992-1998-ci illərdə Vətənimizin ərazisinə erməni təcavüzü başlayan ilk günlərdən Şuşa, Ağdərə polis şöbələrində çalışaraq Tərtər, Ağdərə və Marquşevan, Marağa, Aşağı Çaylı, Yuxarı Çaylı, Həsənqaya, Gülüstan, Dəmirçilər, Ortakənd, Vaquaz, Atex, Talış, Kasapet, Dranbom, Çıldıran kəndləri uğrunda gedən bütün döyüşlərdə yaxından iştirak edib. Respublikanın ictimai-siyasi həyatında fəal iştirak edir. Şeirləri dövrü mətbuatda nəşr edilir. İki şeir kitabının müəllifidir. “Ey türk oğlu qalx ayağa” (2014), “Biz Turanı quracağıq” (2025)

NƏZAKƏT EMİNQIZI, Yazar publisist,AYB,AJB və R.E N klubun üzvü..


