Qələm ilə Vicdanın Birliyi: Dünya Mühabirler Birliyi Türkiyə Başkanı İsmət Taş

Qələm ilə Vicdanın Birliyi:
Dünya Mühabirler Birliyi Türkiyə Başkanı İsmət Taş
Tarix boyu söz yalnız ifadə vasitəsi deyil, eyni zamanda yaddaş, müqavimət və həqiqətin daşıyıcısı olmuşdur. Hər dövrün özünəməxsus qələm sahibləri var ki, onlar yazdıqları ilə zamanın ruhunu qoruyur, cəmiyyətin səsini gələcəyə daşıyırlar. Bu missiyanı şərəflə daşıyan isimlərdən biri də Dünya Mühabirler Birliyi Türkiyə Başkanı, tanınmış qazetəçi-yazar İsmət Taşdır.
İsmət Taş üçün jurnalistika sadəcə peşə deyil, vicdan məsuliyyəti, ictimai borc və milli-mənəvi dəyərlərə sədaqət yoludur. Onun qələmi hadisələri yalnız xəbər kimi deyil, tarixi proseslərin içində dəyərləndirərək oxucuya təqdim edir. Bu baxımdan o, klassik jurnalist çərçivəsindən kənara çıxaraq, düşünən, sorğulayan və istiqamət göstərən ziyalı mövqeyi ilə seçilir.
Dünya Mühabirler Birliyi Türkiyə Başkanı kimi İsmət Taş beynəlxalq media həmrəyliyinin möhkəmlənməsi, söz azadlığının qorunması və jurnalistikanın etik dəyərlər üzərində inkişafı üçün ardıcıl və prinsipial fəaliyyət göstərir. Onun rəhbərliyi altında birlik, yalnız peşəkar platforma deyil, eyni zamanda həqiqətə xidmət edən qlobal vicdan tribunasına çevrilmişdir.
Türkiyə mətbuatında milli iradəni, dövlətçilik düşüncəsini və insan haqlarını eyni xətt üzərində birləşdirən yazıları ilə tanınan İsmət Taş, Türk dünyasının ortaq dəyərlərini media dili ilə bir araya gətirməyi bacaran nadir qələm sahiblərindəndir. Xüsusilə Azərbaycan–Türkiyə qardaşlığının informasiya müstəvisində gücləndirilməsi istiqamətində göstərdiyi həssaslıq və dəstək yüksək dəyərləndirilməlidir.
İsmət Taşın publisistikası oxucunu hadisənin mərkəzinə aparır, onu düşünməyə, yaddaşını təzələməyə və mövqe tutmağa çağırır. Onun yazılarında tarix danışır, millət danışır, insanlıq danışır. Bu isə jurnalistikanın ən ali məqsədidir.
Bu gün İsmət Taş adı Türkiyə mediasında etibar, dürüstlük və prinsipial mövqenin simvolu kimi qəbul olunur. O, qələmi ilə zamanın sınağından çıxan, sözün məsuliyyətini daşıyan və jurnalistikanı şərəf zirvəsində saxlayan ziyalıdır.
Belə şəxsiyyətlər tarix yazmır – tarixin içində iz buraxırlar.
Hörmət və ehtiramla,
Pərvanə Salmanqızı
jurnalist, şair-publisist
Kalem ile Vicdanın Birliği:
Dünya Muhabirler Birliği Türkiye Başkanı İsmet Taş
Tarih boyunca söz, yalnızca bir ifade aracı değil; aynı zamanda hafıza, direniş ve hakikatin taşıyıcısı olmuştur. Her dönemin, kalemiyle çağın ruhunu koruyan, toplumun sesini geleceğe taşıyan öncü isimleri vardır. Bu onurlu misyonu layıkıyla üstlenen isimlerden biri de Dünya Muhabirler Birliği Türkiye Başkanı, gazeteci-yazar İsmet Taştır.
İsmet Taş için gazetecilik, bir meslekten öte; vicdan sorumluluğu, toplumsal görev ve milli-manevi değerlere bağlılık anlamı taşır. Kalemi, olayları yalnızca haber olarak değil, tarihsel süreçlerin bilinciyle ele alır. Bu yönüyle o, sıradan bir gazeteci değil; düşünen, sorgulayan ve yol gösteren bir aydın kimliğine sahiptir.
Dünya Muhabirler Birliği Türkiye Başkanı olarak İsmet Taş, uluslararası medya dayanışmasının güçlenmesi, ifade özgürlüğünün korunması ve gazeteciliğin etik değerler temelinde yükselmesi için kararlı ve ilkeli bir duruş sergilemektedir. Onun liderliğinde birlik, sadece mesleki bir yapı değil; hakikatin savunulduğu evrensel bir vicdan platformu haline gelmiştir.
Türkiye basınında milli iradeyi, devlet aklını ve insan haklarını aynı çizgide buluşturan yazılarıyla tanınan İsmet Taş, Türk dünyasının ortak değerlerini medya diliyle bir araya getirmeyi başaran nadir kalemlerdendir. Özellikle Türkiye–Azerbaycan kardeşliğinin bilgi ve medya alanında güçlenmesine verdiği önem takdire şayandır.
İsmet Taş’ın yazıları, okuru olayların merkezine taşır; düşünmeye, hafızasını tazelemeye ve sorumluluk almaya davet eder. Onun kaleminde tarih konuşur, millet konuşur, insanlık konuşur. İşte bu, gazeteciliğin en yüce amacıdır.
Bugün İsmet Taş adı, Türkiye medyasında güvenin, dürüstlüğün ve ilkesel duruşun simgesi olarak anılmaktadır. O, kalemiyle zamanın imtihanından geçen, sözün ağırlığını taşıyan ve gazeteciliği onur zirvesinde tutan bir fikir insanıdır.
Bazı insanlar tarih yazar,
bazıları ise tarihin içine iz bırakır.
Saygı ve muhabbetle,
Pervane Salmanqızı
Gazeteci, şair-yazar


