Weather Data Source: havadurumuuzun.com

Vətənə Sədaqətin və Qəhrəmanlığın Ünvanı – Fəqan Nəsibzadənin Ömür Yolu

Vətənə Sədaqətin və Qəhrəmanlığın Ünvanı – Fəqan Nəsibzadənin Ömür Yolu

Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Səbail rayon şöbəsinin sədri, Qarabağ müharibəsində rəşadət göstərmiş qəhrəman veteran, şəhid ailələrinin, qazilərin və veteranların əziz dostu Fəqan Nəsibzadənin doğum günüdür.
Fəqan Nəsibzadənin həyat yolu Vətənə xidmət, torpağa bağlılıq və milli məsuliyyət anlayışının parlaq nümunəsidir. O, Qarabağ uğrunda gedən ağır və şərəfli mübarizə illərində yalnız silahı ilə deyil, iradəsi, mərdliyi və sarsılmaz ruhu ilə də Azərbaycan əsgərinin şanlı obrazını təcəssüm etdirmişdir. Döyüş meydanında göstərdiyi rəşadət onun adını Vətənə sədaqət salnaməsinə qızıl hərflərlə yazmışdır.


Müharibədən sonra da Fəqan Nəsibzadə Vətən yolundan dönməmiş, bu dəfə cəmiyyətin ən həssas təbəqələrinin – şəhid ailələrinin, qazilərin və veteranların yanında dayanaraq onların dərdinə şərik olmuş, problemlərinin həlli üçün yorulmadan çalışmışdır. Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Səbail rayon şöbəsinin sədri kimi fəaliyyəti onun yalnız döyüşçü deyil, həm də yüksək mənəvi məsuliyyət daşıyan ictimai xadim olduğunu sübut edir.
Onun fəaliyyəti bir həqiqəti bir daha təsdiqləyir: əsl qəhrəmanlıq yalnız savaş meydanında deyil, sülh dövründə də vicdanla xidmət etmək, insanlara dayaq olmaqdır. Fəqan Nəsibzadə bu missiyanı ləyaqətlə daşıyan, etibar qazanan və hörmətlə xatırlanan şəxsiyyətlərdəndir.
Bu əlamətdar gündə Fəqan Nəsibzadəni doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və Vətənə xidmət yolunda bitməz güc arzulayırıq. Qoy həyat yolunuz şərəf, ehtiram və xeyirxah əməllərlə daha da nurlansın.
Doğum gününüz mübarək, Vətən oğlu!

Hörmət və ehtiramla,
Pərvanə Salmanqızı

Top