Weather Data Source: havadurumuuzun.com

Sözün Vicdanı, Ekranın Nuru – Nuranə Gülər

Sözün Vicdanı, Ekranın Nuru – Nuranə Gülər
Müasir Azərbaycan mediasının parlaq simalarından biri olan Nuranə Gülər təkcə peşəkar jurnalist və aparıcı kimi deyil, həm də dərin və sarsılmaz vətənpərvərlik duyğuları ilə seçilən nümunəvi Azərbaycan xanımıdır. Onun fəaliyyəti sadəcə informasiya ötürmək deyil, milli düşüncəni, dövlətçilik ruhunu və xalqın mənəvi dəyərlərini cəmiyyətə aşılamaq missiyasını daşıyır.
Jurnalistikanı vicdan, obyektivlik və məsuliyyət anlayışı ilə birləşdirən Nuranə Gülər sözün gücünə inanaraq, hər çıxışında xalqın səsini, dövlətin maraqlarını və tarixi həqiqətləri qorumağı əsas prinsip kimi qəbul edib. Onun aparıcılıq üslubunda səmimiyyətlə ciddiyyət, zərifliklə prinsipial mövqe vəhdət təşkil edir. Bu da onu tamaşaçı üçün etibarlı, inandırıcı və sevilən media simasına çevirir.
Vətən sevgisi Nuranə Gülərin fəaliyyətinin ana xəttidir. Xüsusilə taleyüklü məqamlarda, ölkəmizin çətin və şərəfli sınaqlardan keçdiyi dövrlərdə onun mövqeyi hər zaman aydın, qürurlu və milli maraqlara söykənən olub. O, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, milli ruhun gücləndirilməsində sözün məsuliyyətini dərk edən ziyalı mövqeyi ilə seçilir.
Nuranə Gülər eyni zamanda Azərbaycan qadınının müasir obrazını layiqincə təmsil edir – savadlı, cəsarətli, milli köklərinə bağlı və gələcəyə inamla baxan bir xanım kimi. Onun fəaliyyəti gənc jurnalistlər üçün məktəb, cəmiyyət üçün isə nümunədir.
Doğum günü münasibətilə dəyərli media nümayəndəsi Nuranə Güləri səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, yaradıcılıq enerjisi və Azərbaycan mediasının inkişafı naminə yeni-yeni uğurlar arzulayırıq. Sözünüz daim haqqın, qələminiz isə həqiqətin xidmətində olsun.

 

Hörmətlə,
Pərvanə Salmanqızı

Top