Weather Data Source: havadurumuuzun.com

QARDAŞ TÜRKİYƏNİN ŞƏHİD POLİSLƏRİ – MİLLƏTİN ŞƏRƏF VƏ QÜRUR SALNAMƏSİ

QARDAŞ TÜRKİYƏNİN ŞƏHİD POLİSLƏRİ – MİLLƏTİN ŞƏRƏF VƏ QÜRUR SALNAMƏSİ
Qardaş ölkəmiz Türkiyədə dövlətin təhlükəsizliyi, millətin huzuru və vətənin bölünməzliyi naminə həyata keçirilən əməliyyat zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman polis əməkdaşlarımızın xəbəri bütün Türk dünyasının qəlbini sarsıtdı. Bu acı itki yalnız Türkiyənin deyil, “bir millət – iki dövlət” fəlsəfəsi ilə yaşayan Azərbaycanın da dərin hüznünə çevrildi.
Şəhidlik – hər kəsə nəsib olmayan ali məqamdır. Vətən torpağının hər qarışı uğrunda canını fəda edən, xalqının sabahı üçün bu gününü qurban verənlər tarixə adlarını qızıl hərflərlə yazdırırlar. Türkiyə polisi təkcə asayişin keşikçisi deyil, eyni zamanda dövlətin dirəyi, millətin sipəri, haqqın və ədalətin carçısıdır. Onlar gecə-gündüz demədən, ailəsini, övladını düşünmədən, “Vətən sağ olsun” deyərək xidmət yolunu seçmiş qəhrəmanlardır.
Bu gün Türkiyə torpağı bir daha şəhid qanı ilə suvarıldı. Bu qan azadlığın, müstəqilliyin və milli birliyin möhürüdür. Tarix boyu Türk milləti öz varlığını məhz belə fədakar övladların çiyinlərində qoruyub saxlayıb. Çanaqqalada, Sakaryada, İstiqlal savaşında olduğu kimi, bu gün də terrora, xəyanətə və şərə qarşı sinəsini sipər edən igidlər var.
Azərbaycan xalqı yaxşı bilir ki, şəhidlik nə deməkdir. Qarabağ torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizlə Türkiyənin şəhid övladları eyni ruhun, eyni ideyanın daşıyıcılarıdır. Çünki bizim dərdimiz də, sevincimiz də, kədərimiz də ortaqdır. Türkiyənin kədəri bizim kədərimiz, Türkiyənin şəhidləri bizim də şəhidlərimizdir.
Bu ağır gündə şəhid polis əməkdaşlarımızın ailələrinə, yaxınlarına və bütün qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, səbir və dözüm diləyirik. Onların əmanəti olan bu müqəddəs vətən, bu uca bayraq daim ucalarda dalğalanacaq. Şəhidlərimizin ruhu şad olacaq, çünki arxalarında güclü dövlət, birlik içində millət və sarsılmaz iradə var.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət, ruhları şad olsun. Türk milləti var olduqca, bu torpaqlar üzərində azadlıq və qürurla yaşadıqca, şəhidlər heç vaxt unudulmayacaq.
Şəhidlər ölməz, Vətən bölünməz!

KARDEŞ TÜRKİYE’NİN ŞEHİT POLİSLERİ – MİLLETİN ONUR VE ŞEREF DESTANI
Kardeş ülkemiz Türkiye’de, devletin güvenliği, milletin huzuru ve vatanın bölünmez bütünlüğü uğruna yürütülen bir operasyon sırasında şehadet mertebesine ulaşan kahraman polislerimizin acı haberi, tüm Türk dünyasının yüreğini dağlamıştır. Bu büyük kayıp yalnızca Türkiye’nin değil, “bir millet – iki devlet” anlayışıyla yaşayan Azerbaycan’ın da ortak acısıdır.
Şehitlik, her kula nasip olmayan en yüce makamdır. Vatan toprağının kutsallığı için canını feda edenler, milletin yarını uğruna bugünden vazgeçenler, tarihe adlarını altın harflerle yazdırırlar. Türk polisi sadece asayişin bekçisi değil, aynı zamanda devletin temel direği, milletin kalkanı, adaletin ve hakkın yılmaz savunucusudur. Onlar gece gündüz demeden, ailesini, evladını geride bırakarak “Vatan sağ olsun” diyebilen onurlu evlatlardır.
Bugün Türkiye toprakları bir kez daha şehit kanıyla yoğrulmuştur. Bu kan; özgürlüğün, bağımsızlığın ve milli birliğin mühürlenmiş sembolüdür. Tarih boyunca Türk milleti varlığını, böylesine fedakâr evlatlarının omuzlarında taşımıştır. Çanakkale’de, Sakarya’da, İstiklal Harbi’nde olduğu gibi bugün de teröre, ihanete ve zulme karşı göğsünü siper eden yiğitler vardır.
Azerbaycan halkı şehitliğin ne demek olduğunu çok iyi bilir. Karabağ’ın özgürlüğü uğruna canlarını feda eden şehitlerimizle, Türkiye’nin şehit evlatları aynı ruhun, aynı davanın temsilcileridir. Çünkü sevincimiz de, hüznümüz de ortaktır. Türkiye’nin acısı bizim acımız, Türkiye’nin şehitleri bizim de şehitlerimizdir.
Bu derin acı gününde, şehit polislerimizin ailelerine, yakınlarına ve aziz Türk milletine en içten taziye dileklerimizi sunuyor, sabır ve metanet diliyoruz. Onların emanet ettiği bu kutsal vatan ve bu yüce bayrak, ilelebet dalgalanacaktır. Şehitlerimizin ruhu şad olacaktır; çünkü arkalarında güçlü bir devlet, birlik içinde bir millet ve sarsılmaz bir irade vardır.
Allah tüm şehitlerimize rahmet eylesin. Mekânları cennet, makamları ali olsun. Türk milleti var oldukça, bu topraklar üzerinde özgürlük ve onurla yaşandıkça şehitler asla unutulmayacaktır.
Şehitler ölmez, vatan bölünmez!

Hörmət və ehtiramla,
Pərvanə Salmanqızı

Top