“Mədəniyyətlər Arasında Körpü” – Dostluğun, Mədəniyyətin və Zəfər Ruhunun Sərgisi

“Mədəniyyətlər Arasında Körpü” – Dostluğun, Mədəniyyətin və Zəfər Ruhunun Sərgisi
Bu gün Azərbaycan–Misir dostluq münasibətlərinin mədəni müstəvidə daha da möhkəmləndirilməsi istiqamətində əlamətdar və yadda qalan bir tədbir həyata keçirilmişdir.
“Zəfər Yolu” İctimai Birliyinin sədri, zefernews.az saytının rəhbəri, Dünya Afşarlar Dərnəyinin Azərbaycan təmsilçisi, Anadolu Ölümsüz Kahramanlar Konfederasyonunun Azərbaycan təmsilçisi, Türkiyənin Hankido Karate Federasiyasının Azərbaycan təmsilçisi, Jurnalistlər Birliyinin üzvü, Dağıstan Respublikası Ədəbiyyatçılar Birliyinin, Türkiyənin Anasan Yazarlar Birliyinin, Turan Yazarlar Birliyinin Azərbaycan təmsilçisi, jurnalist, şair-publisist Pərvanə Salmanqızı Abdullayeva və Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin doğum gününə həsr olunmuş “Mədəniyyətlər Arasında Körpü” adlı sərgi təşkil edilmişdir.
Bu sərgi təkcə sənət nümunələrinin nümayişi deyil, eyni zamanda mədəniyyətlərin dialoqu, xalqlar arasında dostluğun və qarşılıqlı hörmətin bariz nümunəsi olmuşdur. Tədbirdə Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Houssam Eldine Reda iştirak edərək Azərbaycan–Misir münasibətlərinin yüksək səviyyədə olduğunu bir daha vurğulamışdır.
Sərgidə həmçinin Fondun rəssamı Ülkər Quliyeva, Sahibkar Qadınlara Dəstək İctimai Birliyinin sədri, “Qızıl Əllər” MMC-nin rəhbəri Zemfira Ağayeva, UNEC İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova, İqtisadiyyat Universitetinin müəllimləri Elfanə Qasımova, Lalə Məmmədova, Aytən Yusifkənan, İlahə İsayeva iştirak etmişlər.
Tədbir gənclərin və tələbələrin fəal iştirakı ilə xüsusi rəng qatmışdır. UNEC tələbələri – Nübar Musazadə, Cahangir Əmirov, Nəcibə Qənizadə, Nərminə Alikərəmli, Nəzifə Hüseynova, Aysel Novruzova, Telli Əhmədzadə, Aysu Qafarzadə, Nurcan Bağıyeva, Hacər Əlifli, Fidan Məmmədova, Mehriban Məmmədova, Leyli İbrahimova, Dilşad Muxtarova, Zilan İbrahimova, Aydan Abdullayeva sərginin mənəvi atmosferinə öz töhfələrini vermişlər.
Sərgidə həmçinin gənc rəssamlar – Roza Həsənova, Şəms Ağaverdiyeva, Xəyalə Yusifova, Nübar Şahbazova, Fizzə Mirzəyeva, Elşad Hüseynov, Ella Bağırova, Günel Həsənova, Könül Hüseynova, Zümrüd Xaliqova, Aytac Rəhimova yaradıcılıq nümunələri ilə çıxış edərək sənətin sərhəd tanımadığını bir daha nümayiş etdirmişlər.
Bu mötəbər tədbirin ərsəyə gəlməsində xüsusi zəhməti olan Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru, professor Tarek Mohammad müəllimə və bütün heyətinə dərin təşəkkürümü bildirirəm. Onların göstərdiyi yüksək peşəkarlıq və səmimi əməkdaşlıq bu sərgini tarixə düşən bir mədəni hadisəyə çevirmişdir.

“Mədəniyyətlər Arasında Körpü” sərgisi bir daha sübut etdi ki, sənət, mədəniyyət və ortaq dəyərlər xalqları birləşdirən ən möhkəm körpüdür və bu körpü gələcək nəsillərə ötürüləcək tarixi mirasdır.
Hörmətlə,
Pərvanə Salmanqızı.


