Weather Data Source: havadurumuuzun.com

Azad Rəqs Ansamblının 16 illik yubileyi

Azad Rəqs Ansamblının 16 illik yubileyi

Bu gün Azərbaycan mədəniyyət salnaməsində özünəməxsus izi olan Azad Rəqs Ansamblının yaranmasının 16 illiyi tamam olur. Milli rəqs sənətimizin inkişafına, zənginləşməsinə və dünyaya tanıdılmasına böyük töhfələr verən bu ansambl, fəaliyyətə başladığı ilk gündən etibarən peşəkarlığı, milli dəyərlərə sədaqəti və yenilikçi yaradıcılıq ruhu ilə seçilmişdir.

Ansamblın bədii rəhbəri Rəhim Azad oğlu Babayevin məqsədyönlü fəaliyyəti, yüksək sənətkarlığı və mədəniyyətə olan sonsuz sevgisi nəticəsində Azad Rəqs Ansamblı qısa müddətdə geniş tamaşaçı rəğbəti qazanmış, milli rəqs ənənələrimizi müasir səhnə mədəniyyəti ilə vəhdətdə təqdim etməyə nail olmuşdur. Ansamblın repertuarında yer alan hər bir rəqs nümunəsi Azərbaycan xalqının tarixi yaddaşını, milli ruhunu, estetik zövqünü və zəngin mənəvi dünyasını əks etdirir.

Bu 16 il ərzində Azad Rəqs Ansamblı yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə də Azərbaycanı ən yüksək səviyyədə təmsil edərək, milli mədəniyyətimizin təbliğində mühüm rol oynamışdır. Ansamblın müxtəlif ölkələrdə keçirilən festivallarda, mədəniyyət günlərində və beynəlxalq tədbirlərdə qazandığı uğurlar, Azərbaycan rəqs sənətinin dünyada tanınmasına və sevilməsinə xidmət etmişdir.

Azad Rəqs Ansamblı bu gün təkcə bir sənət kollektiv deyil, həm də milli kimliyimizin, mədəni irsimizin canlı daşıyıcısıdır. Bu kollektiv gənc nəslə milli dəyərlərə sevgi aşılayır, Azərbaycan rəqs məktəbinin gələcək inkişafı üçün möhkəm təməl yaradır.

 

Bu əlamətdar 16 illik yubiley münasibətilə Azad Rəqs Ansamblını, onun bədii rəhbəri Rəhim Azad oğlu Babayevi və bütün yaradıcı heyəti səmimi-qəlbdən təbrik edir, mədəniyyətimizə xidmət yolunda yeni-yeni uğurlar, tükənməz yaradıcılıq enerjisi və davamlı nailiyyətlər arzulayırıq.

İmza:Pərvanə Salmanqızı.

Top