Arpaçay İdman Birliyi, MMA və Grappling Federasiyası, həmçinin Zeyd Döyüş Mərkəzi arasında əməkdaşlıq görüşü keçirildi

Arpaçay İdman Birliyi, MMA və Grappling Federasiyası, həmçinin Zeyd Döyüş Mərkəzi arasında əməkdaşlıq görüşü keçirildi
Arpaçay İdman Birliyi, MMA və Grappling Federasiyasının, eləcə də Zeyd Döyüş Mərkəzinin rəhbərliyinin iştirakı ilə önəmli görüş baş tutub. Görüş zamanı qarşıdan gələn 20 dekabr tarixində təşkil olunacaq Zeyd Döyüş Mərkəzinin MMA Qala Gecəsi ilə bağlı müzakirələr aparılıb və tədbirin yüksək səviyyədə təşkili üçün Təşkilat Komitəsi formalaşdırılıb.
Komitədə federasiya rəhbərliyi, döyüş mərkəzinin təcrübəli məşqçiləri və Arpaçay İdman Birliyinin nümayəndələri yer alaraq, böyük idman tədbirinin daha səmərəli və geniş miqyasda keçirilməsi üçün öz üzərinə düşən vəzifələri bölüşüblər.

Bu tədbirin ən əsas məqsədi ölkəmizdə döyüş növlərinin inkişafına dəstək olmaq, gəncləri sağlam həyata və idmana yönləndirmək, eləcə də istedadlı idmançıların tanıdılması və beynəlxalq arenaya çıxmasına imkan yaratmaqdır.
Təşkilatçılar görüş zamanı Qala Gecəsinin proqramı, iştirakçı idmançıların seçimi, təhlükəsizlik və media tərəfdaşlığı ilə bağlı bir çox məqamları müzakirə ediblər. İnanırıq ki, bu əməkdaşlıq Azərbaycan döyüş sənətinin inkişafına mühüm töhfə verəcək.
Bütün idmançılarımıza yarışda uğurlar, qələbədən-qələbəyə zirvələr arzulayırıq!
Növbəti görüşlər və əlavə məlumatlar ictimaiyyətə çatdırılacaq.
Hörmətlə,
Pərvanə Salmanqızı


