Weather Data Source: havadurumuuzun.com

BELƏ SEVMƏK İSTƏMİRƏM

BELƏ SEVMƏK İSTƏMİRƏM
Yenə sənsən…
Səhərin gözü açılan kimi durma gözlərimin önündə
Gəlmə ağlıma özümə gəlməmiş.
Çək o adamı dəli edən baxışlarını məndən,
Yığışdır dağılmış saçlarını
sifətimdə hiss etdiyim.
Apar bütün olanları,
Uydurma gəl,
hələ heç olmayanları.
Rahat burax məni
qalım özüm özümlə,
Sadalanma
iki cümlədən bir dilimdə.
Azml idi
bu dünyada günahlarım.
Gecələri yuxumdasan,
Barı tərk et
sabahları.
Pəncərəni döyür külək,
yenə sənin boğazının qoxusunu gətirib,
O da bilir,
xoşlamıram hər ətiri.
Götür,
daha xatirələr
mənə məndən ağır gəlir,..
Ay insafsız, yetər daha,
Belə sevmək istəmirəm,
hardasansa çağır gəlim.
14.10.2025

Müəllif: QABİL NƏBİ

QABİL NƏBİNİN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

Top