Weather Data Source: havadurumuuzun.com

Müəllimlərim – Mənim Həyat Yolumun İşıqları

Müəllimlərim – Mənim Həyat Yolumun İşıqları

İnsan ömrünün ən dəyərli sərvəti onun qazandığı bilik, öyrəndiyi həyat dərsləri və yolunu işıqlandıran insanların qoyduğu izlərdir. Mən bu gün arxaya boylananda görürəm ki, mənim yoluma işıq saçan, məni formalaşdıran, insan olmağın ən ali dəyərlərini mənə öyrədən müəllimlərim olub. Onların hər birinin zəhməti, sevgisi, qayğısı və örnəyi mənim yaddaşımda və ürəyimdə əbədi bir iz qoyub.

Mən bu yazını qələmə alaraq bütün müəllimlərimə – həyat yoluma işıq saçan müqəddəs insanlara ən dərin təşəkkürümü bildirirəm. Mənim mən olmağımda, şəxsiyyətimin formalaşmasında onların hər birinin zəhməti var.

Mənim üçün həm müəllim, həm də valideyn olan, həyatımda müstəsna yeri olan Salman müəllim, insanlığı, dürüstlüyü, haqq-ədalət yolunda əyilməzliyi mənə öyrətdi. İdris müəllim mənə bilik sevgisini, daim axtarışda olmağı, öyrənməyi öyrətdi. Solmaz müəllimə sevgi və mərhəmətin gücünü həyat dərsi kimi mənə yaşatdı. Havanisə müəllimə şəfqəti, sadəliyi, saf qəlbliliyi ilə yoluma nur saçdı.

Etibar müəllim mənə qətiyyətli olmağı, sözünün arxasında durmağı aşıladı. Nizami müəllim müdrikliyi ilə hər kəsə örnək oldu, onun hər sözü bir hikmət, hər baxışı bir öyüd idi. Fəxrənisə müəllimə mənə zəhmətin, təmkinin, səbrin böyüklüyünü öyrətdi. Minurə müəllimə qəlbimə sevgi toxumları səpdi, ruhuma incəlik qatdı.

Qalib müəllim güclü iradənin, mübarizliyin nümunəsi oldu. İkram müəllim sarsılmaz əqidəsi ilə mənə haqqın yanında olmağı göstərdi. Xuraman müəllimə insanlığın zərif simasını, şəfqətin tükənməz gücünü mənə tanıtdı. Ağasadıq müəllim mənə dürüstlüyün, sözün və əməl birliyinin həyatdakı əhəmiyyətini anlatdı. Afət müəllimə saf qəlbli, mehriban yanaşması ilə ömrümə işıq qatdı. Abdulla müəllim mənə elmə olan sevgini, daim axtarışda olmağı, inkişafdan dayanmağı öyrətdi.

Mənim həyat yolumda izi olan bütün müəllimlərim – Siz mənə yalnız fənləri, dərsləri deyil, həm də həyatı, insanlığı, haqqı, ədaləti, dürüstlüyü öyrətdiniz. Mənim formalaşmağımda hər birinizin zəhməti var.

Ən böyük fəxrdir ki, mən belə müəllimlərin tələbəsi olmuşam. Mənim üçün müəllim sadəcə öyrədən deyil, həm də yol göstərən, işıq saçan, ömür boyu unudulmayan müqəddəs insandır. Sizlər mənim ömür kitabımın ən gözəl səhifələrisiniz.

İnsan ömrü bir yol kimidir. O yolun hər addımında insanı istiqamətləndirən, doğru yola aparan, həyatın mənasını və gözəlliyini tanıdan insanlar olur. Mənim yoluma işıq saçan, məni mən edən insanlar isə müəllimlərimdir.

Mən bu yazını yazaraq, ömür yolumda iz qoyan bütün müəllimlərimə ən dərin minnətdarlığımı bildirirəm. Siz mənə yalnız elm öyrətmədiniz, həm də insanlığı, dürüstlüyü, haqq-ədaləti, həyatın dəyərini öyrətdiniz.

Bu yolun davamında isə ömür kitabımda silinməz səhifələr yazan digər müəllimlərim də var:
Rubil müəllim – zəhməti və qayğısı ilə mənim yoluma nur saçdı.
Hilal müəllim – müdrikliyi və nəsihətləri ilə hər addımımda yol göstərdi.
Ağagül müəllim – əxlaqı, insanlığı ilə mənə dayaq oldu.
Fizuli müəllim – elmə, bilik və axtarışa sevgini öyrətdi.
Əlniyaz müəllim – sarsılmaz iradəsi və qayğısı ilə yaddaşımda silinməz iz qoydu.

Bütün bu adlarını çəkdiyim və çəkə bilmədiyim bütün müəllimlərim – sizlər mənim ömür yolumun əsl qəhrəmanlarısınız. Mən sizinlə fəxr edirəm! Mənim üçün müəllim sadəcə dərs deyən deyil, həm də həyat öyrədən, işıq saçan, gələcəyə yol göstərən müqəddəs insandır.

Siz mənim həyatımda nur oldunuz, qəlbimdə əbədi iz qoydunuz.Allahdan hər birinizə can sağlığı, uzun ömür arzulayıram.
Dünyasını dəyişən müəllimlərimə də Allah rəhmət eləsin, ruhları şad olun!

Dərin hörmətlə və minnətdarlıqla:
İmza: Pərvanə Salman qızı Abdullayeva.

Top