Türkiyəm, başın sağ olsun!

Türkiyəm, başın sağ olsun!
Bu gün səhər saatlarında aldığımız acı xəbər qəlbimizi yandırdı… İki qəhrəman polis qardaşımız – Şəhid Muhsin Aydemir və Şəhid Hasan Akın, vətən torpaqlarını, millətin təhlükəsizliyini qorumaq uğrunda şəhid oldular.
Qardaş Türkiyəmin dərdi dərdimizdir, kədəri kədərimizdir. Biz bir millət, iki dövlət olaraq bu acını ürəyimizin dərinliklərində hiss edirik. Sizlərin göz yaşınız bizim göz yaşımızdır, sizlərin itkisi bizim itkisimizdir.
Şəhidlərimiz, bu torpaqların azadlığı və bütövlüyü üçün canlarını fəda edən müqəddəs ruhlardır. Onlar bir millətin şərəfini, qeyrətini, mübarizliyini öz qanları ilə tarixə yazdılar. Unutmayın ki, şəhidlər ölməz, onların adı zamanın yaddaşında əbədi yaşayacaqdır.
Bu ağır gündə qardaş Türkiyə xalqına, şəhidlərimizin ailələrinə, yaxınlarına və bütün Türk millətinə ən dərin hüznlə başsağlığı verirəm. Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirəm.
Türk milləti tarix boyu saysız qəhrəmanlar yetişdirib. Bu gün də şəhidlərimizin qanı ilə yoğrulan torpaqlar, azadlığın və qürurun simvoludur. Bizlər bir-birimizin dərdinə şərik, bir-birimizin yanında olmağa hər zaman davam edəcəyik.
“Vətən uğrunda ölən varsa, o Vətən heç vaxt bölünməz.” — Mustafa Kamal Atatürk
Allah Türk millətini, dövlətini, ordusunu və polis qüvvələrimizi qorusun.
Ruhunuz şad, məkanınız cənnət olsun, igidlər!
Türkiyem, başın sağ olsun!
Bu sabah aldığımız acı haber yüreklerimizi dağladı…
İki kahraman polis kardeşimiz – Şehit Muhsin Aydemir ve Şehit Hasan Akın, vatan toprağını, milletin güvenliğini korumak uğruna şehadet mertebesine ulaştı.
Kardeş Türkiye’mizin acısı acımızdır, kederi kederimizdir. Biz bir millet, iki devlet olarak bu derin hüznü yüreğimizin en derinlerinde hissediyoruz. Sizin gözyaşınız bizim gözyaşımızdır, sizin kaybınız bizim kaybımızdır.
Şehitlerimiz, bu toprakların özgürlüğü ve bütünlüğü için canlarını feda eden kutsal ruhlardır. Onlar bir milletin onurunu, şerefini, kahramanlığını kanlarıyla tarihe yazdılar. Unutmayalım ki, şehitler ölmez, onların adı zamanın hafızasında sonsuza dek yaşayacak.
Bu zor günde kardeş Türkiye halkına, şehitlerimizin ailelerine, yakınlarına ve bütün Türk milletine en derin başsağlığı dileklerimi sunuyorum. Allah’tan şehitlerimize rahmet, yaralılarımıza acil şifalar diliyorum.
Türk milleti tarih boyunca sayısız kahraman yetiştirdi. Bugün de şehitlerimizin kanıyla sulanan bu topraklar, özgürlüğün ve gururun sembolü olmaya devam edecek. Bizler, bir milletin evlatları olarak, her daim omuz omuza, yürek yüreğe olacağız.
“Vatan uğruna ölen varsa, o vatan asla bölünmez.” — Mustafa Kemal Atatürk
Allah Türk milletini, devletini, ordusunu ve polis teşkilatımızı korusun.
Ruhunuz şad, mekânınız cennet olsun, yiğitler!
Pərvanə Salmanqızı.
İctimai xadim, jurnalist, şair-publisist.


