Vətənpərvər gəncimiz Rəhim Babayevin doğum günüdür

Vətənpərvər gəncimiz Rəhim Babayevin doğum günüdür
Bu gün gənc, lakin nüfuzlu fəaliyyəti ilə həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə böyük hörmət qazanan Rəhim Babayevin doğum günüdür.
Azərbaycan mədəniyyətinin təbliği və milli dəyərlərimizin qorunması yolunda yorulmadan çalışan Rəhim Babayev hazırda “Zəfər Yolu” İctimai Birliyinin mədəniyyət işləri üzrə müavini və Dünya Afşarlar Dərnəyinin Azərbaycan Mədəniyyət Qolları Başqanı kimi mühüm vəzifələri şərəflə icra edir.
Onun rəhbərliyi altında fəaliyyət göstərən “Azad” rəqs qrupu mədəniyyətimizi yüksək səviyyədə təmsil etməklə yanaşı, Azərbaycanın zəngin irsini beynəlxalq arenada tanıtmaqda mühüm rol oynayır. Rəhim Babayevin milli-mənəvi dəyərlərimizə bağlılığı, hər bir tədbirdə təmənnasız iştirakı və Vətən sevgisi, xüsusilə gənclər üçün əsl nümunədir.
Bu əlamətdar gündə, dəyərli Rəhim Babayevə möhkəm can sağlığı, uğurlarla dolu ömür yolu, yeni zirvələr, daim parlaq nailiyyətlər arzulayırıq. Sizin kimi fədakar və vətənpərvər gənclərimiz Azərbaycanımızın gələcəyini daha işıqlı edir.
Doğum gününüz mübarək, Rəhim Babayev!
Uğurlarınız bol, yolunuz açıq, amalınız daim uca olsun!
Səmimi hörmətlə,
Pərvanə Salmanqızı


