Səsizliyini duymayan birinə sevdanı vermə…

Səsizliyini duymayan birinə sevdanı vermə…
Çünki sevgi yalnız eşitməklə deyil, hiss etməklə başa düşülür. Bəzən sükutun içində elə çox söz gizlənir ki, onu yalnız ürəklə görən, ruhla duyan insanlar anlaya bilər. Səsizliyini anlamayan biri, sevgini də yalnız səthdə yaşayar.
Könül, duyulduğu yerdə sakitləşir…
Anlaşılmadığı yerdə isə incinir, yorulur, daralır. Sevginin toxumları səbr, anlayış və diqqət torpağına əkilməzsə, nə qədər su versən də çiçəkləməz.
Unutma, sevgi sadəcə gülüşdə deyil, qəmli baxışda da sınanır…
Sadəcə “Səni sevirəm” sözündə deyil, sükutunda, hüzurunda, yanında olmağın dəyərində böyüyür.
Sevdanı elə birinə ver ki, sən danışmadan səni anlaya bilsin. Baxışlarının dalğasında, sükutunun rəngində, nəfəsinin titrəməsində sənə toxunsun. Çünki bəzən ən böyük “mən səni sevirəm” — bir kəlməsiz, amma ürəyindən gələn səssiz qucaqlamadır.
Sevginin ən saf halı, sözlərə sığmayan, amma ruhda iz buraxan o dərin sükutdur…
Və o sükutu dəyərləndirən birini tapmaq — ömrün ən böyük xoşbəxtliyidir.
Pərvanə Salmanqızı


