Weather Data Source: havadurumuuzun.com

Ötən günlərin xatirəsi qocalmır demə…

Ötən günlərin xatirəsi qocalmır demə…

Bəzən bir baxış, bəzən bir səssiz an illərin arxasından çıxıb gəlir…
İnsan unudur deyirik… amma unutmaq yalnız yaddaşın işi imiş, qəlbin yox…
Qəlb hər şeyi saxlayır – bir gülüşü, bir səsi, bir baxışı…
Köhnəlmiş dəftərlərdəki şəkillər kimi solsa da illər, o anlar içimizdə ilk günkü qədər təzə qalır.

Keçmişin tozu-duzu altında gizlənən hər xatirə, içimizdə yenidən canlanır –
bəzən bir musiqidə, bəzən bir qoxuda, bəzən də heç səbəbsizcə səssiz bir gecədə…

Bəli, ötən günlərin xatirəsi qocalmır…
Onlar içimizdə yaşayan, ruhumuzu sığallayan görünməz əllər kimidir.
Biz böyüsək də, dəyişsək də, o xatirələr içimizdə bir uşaq kimi saf və toxunulmaz qalır.

Ən gözəl illər keçib gedir deyirik…
Halbuki onlar bizdə yaşayır, bizi biz edən xatirələrə çevrilir…
Ən gözəl gün – bəlkə də artıq yaşanmış gündür,
amma onun istiliyi hələ də ürəyimizi isidir.

Səssizcə gələn keçmiş, bizə deyir:
“Unutma… Sən buraya qədər yaşadıqlarınla gəldin…”

İmza:Pərvanə Salmanqızı

Top