Weather Data Source: havadurumuuzun.com

20 Temmuz 1974 – Bir millətin vicdanının ayağa qalxdığı gündür…

  1. 20 Temmuz 1974 – Bir millətin vicdanının ayağa qalxdığı gündür…

Tarix bəzən susar, amma millətlərin yaddaşı heç vaxt…
20 Temmuz 1974 – Türk tarixinin şərəfli səhifələrindən biridir. Bu tarixdə bir millət yalnız torpaq deyil, eyni zamanda vicdanını, şərəfini və qardaşlıq borcunu qorumaq üçün ayağa qalxdı.

Kıbrıslı Türk soydaşlarımızın illərlə çəkdiyi zülm, görmədiyi ədalət və duyduğu qorxu artıq dözülməz olmuşdu. İnsanlığa sığmayan qətliamlar, evsiz qoyulan ailələr, məktəbsiz böyüyən uşaqlar… və dünya yenə susmuşdu.

Amma Türkiyə Cümhuriyyəti susmadı!
20 Temmuz 1974-cü ildə “Barış Harekâtı” adı ilə başlayan bu böyük addım, yalnız hərbi bir müdaxilə deyildi – bu, insanlıq və ədalət adına atılmış bir vicdan hərəkatı idi.

Türkiyə öz soydaşını tək buraxmadı, çünki bilirdi ki, bir millət öz övladını unudarsa, tarix onu da unudar!
Bu səbəblə 20 Temmuz, yalnız bir müdaxilə günü deyil – azadlığın, haqqın, qardaşlığın və sarsılmaz milli iradənin bayramıdır!

Bugün Kıbrıs Türk xalqı azad nəfəs alırsa, bu, şəhidlərin qanı ilə, qazilərin canı ilə, bir millətin qüruru ilə yazılmışdır.
Barış Harekâtı göstərdi ki, Türk milləti harada bir haqsızlıq varsa, orada sözünü deməyi bacarar.

Yaşasın Barış və Özgürlük Bayramı!
Yaşasın Kıbrıs Türkü!
Yaşasın qardaş Türkiyə!

İmza: Pərvanə Salmanqızı

Top