Bir Könül Adamı: İlhan Aşkın

Bir Könül Adamı: İlhan Aşkın
Uzun illərdir ki, Hollandiyanın Haaqa şəhərində yaşasa da, İlhan Aşkının qəlbi daim Türk dünyası ilə döyünüb. O, sadəcə bir fərd deyil – o, əqidədir, ruhdur, vətən sevgisinin Avropa torpaqlarında yaşar formasıdır. Canında qanında əsil Türk qanı axan bu fədakar insan, harada olursa-olsun millətinin, xalqının, xüsusilə də Azərbaycan-Türkiyə qardaşlığının yanındadır.
İlhan Aşkın hər zaman birliyin, bərabərliyin, insani dəyərlərin, millətinə olan sədaqətin simvolu olub. O, qürbətdə olsa da, heç vaxt millətindən ayrı düşməyib. Həm fiziki olaraq, həm mənəvi olaraq, hər zaman Türk dünyasının harayına səs verən, dərdinə şərik olan bir vətən fədaisidir. Onun gördüyü saysız-hesabsız xeyirxah işlər, verdiyi dəstəklər və etdiyi xidmətlər tarix qarşısında hörmətlə xatırlanacaq izlər buraxır.
O, kömək edərkən qarşılığını düşünmədən, əl uzadarkən niyyəti sadəcə halallıq və qardaşlıq olan nadir insanlardandır. İlhan Aşkın bir elçidir – Türk millətinin vicdanını, mədəniyyətini, mərhəmətini və qürurunu Avropa coğrafiyasında daşıyan bir elçidir.
Pərvanə Salmanqızı olaraq İlhan bəyə ürəkdən təşəkkür edir, ona can sağlığı, bərəkətli və nurlu bir ömür, güclü sağlamlıq, və daimi vətən eşqi ilə dolu yollar arzulayıram.
Varlığınız daim var olsun, İlhan bəy!
Siz harada olsanız da, Türk milləti sizinlə qürur duyur!
İmza:Pərvanə Salmanqızı


